skip to Main Content

Diqqət Əskikliyi və Hiperaktiv pozuntu haqqında kitabça

Diqqət Əskikliyi Və Hiperaktiv Pozuntu Haqqında Kitabça

Diqqət Əskikliyi və Hiperaktiv pozuntu

Ön söz

Təbabətin inkişafı insanların daha sağlam və qayğısız həyat yaşamalarına gətirib çıxarır. Belə ki, son 200 ili nəzərə alsaq insanların orta ömrü təxminən hər 10 ildə 3 aya qədər artıb. Sevindirici haldır ki, dünyanın inkişaf etmiş ölkələrində icra edilən diaqnostika və müalicə üsullarının demək olar ki, böyük əksəriyyəti ölkəmizdə də istifadə olunmaqdadır. Amma təbii ki, bəzi xidmətlər sahəsində çətinliklərimiz hələ də qalıb. Bu çətinliklərdən ən önəmlisi tibbi biliklərin əhali arasında yetərincə olmamasıdır. Müəyyən vaxtlarda profilaktik məqsədli yoxlanışlardan keçməməyimiz, xəstəliklərin erkən mərhələsində sağlamlığımıza biganə qalmağımız xəstəlikərin fəsadlaşmasına, daha doğrusu, sağlamlığımızın əlimizdən getməyinə səbəb olur. Əhalinin tibbi maarif səviyyəsini yüksəltməkdə biz həkimlərin üzərinə də böyük məsuliyyət düşür. Bu kitabçanı hazırlamaqdada məqsədimiz məhs insanları
maarifləndirməkdir. Gəlin unutmayaq ki, insan psixologiya və psixiatriya sahəsinə olan ehtiyacını özündən nə qədər uzaqlaşdırsa, bu sahədəki problemi ona bir o qədər yaxınlaşacaq. Vaxtında və düzgün müalicə almış insanların dili ilə desək “hər evin, hər insanın bir psixoloqa, bir psixiatra ehtiyacı var”. Yuxuda, iştahda, cinsəllikdə olan pozul malardan tutmuş, yaddaş, qavrama problemlərinədək, həmçinin emosiya, düşüncə, davranış sferalarında olan problemlər də bu sahəyə aid olsa belə, amma nədənsə əhali arasında psixoloqların və psixiatrların “dəli həkimi“ kimi tanınması, bu sahədə olanların işini daha da qəlizləşdirir.
Diqqət Əskikliyi – Hiperaktiv Pozuntu psixiatrik xəstəliyi haqqında çox danışılsa da, deyərdik ki, bu xəstəlik barədə çoxumuz kifayət qədər məlumatlı deyil. Əgər insanlar bu sindroma həm xəstəlik, həm də xasiyyət olaraq yanaşarlarsa, dərmanların və məsləhətlərin insanların həm öz lərinin, həm də yaxınlarının həyat keyfiyyətini xeyli yaxşılaşdırmış olarlar. Ümid edirik ki, Diqqət Əskikliyi Hiperaktiv Pozuntu psixiatrik xəstəliyi olan insanlar haqqında ətraflı məlumat yazılan bu kitabça onların həm valideynləri, həm də müəllimləri üçün çox faydalı vəsait olacaq, valideyinlərin və müəllimlərinin bir çox sualına cavab verəcəkdir. Əgər əlavə sual yaranarsa, e-mail vasitəsi ilə bizə yazsanız, işimizin önəmini bir daha bizə xatırlatmış olacaqsınız.

Dr. Fuad Bəşirov

….

 

kitabçada qeyd edilən bəzi başlıqlar və yazılardan seçmələri təqdim edirik

DƏHP-nin əlamətləri

Uşaqlar kiçik yaşlarında ikən, xüsusən, 4 yaşdan əvvəl onların həddindən artıq hərəkətliliyini normal inkişaf xüsusiy yət lərindən ayırmaq çox çətindir. DƏHP diaqnozu, əsasən, mək təb yaşı dövrünün ilk illərində qoyulur. Xəstəlik bu illərdə öz mənfi təsirlərini daha çox büruzə verir və bu pozuntu, adətən, yeniyetməlik dövrünün sonuna qədər qalıcı olur. Yeniyetməlik və yetkinlik dövründə həddindən artıq olan hərəkətlilik azalır. Plan qura bilməmək, dağınıqlıq, impulsivlik isə bir çox hallarda ömür boyu davam edir.

(davamı var)

Beyində nələr baş verir

Beyin normal funksiyalarını dofamin, nora dre nalin, seratonin kimi bəzi mediatorlar vasitəsi ilə yerinə
yetirir. DƏHP olan fərdlərdə xüsusi ilə bu mediatorların miqdarının fərqliliyi səbəbindən yuxarıda sadalanan problemlər yaranır. Eyni zamanda belə vəziyyət beyinin alın payı öz normal funksiyalarından bəzilərini yerinə yetirməkdə geri qalır. Məsələn, DƏHP-si olan bir fərd hər hansı bir fəaliyyətlə məşğul olarkən beyinin lazım olan bölgəsində fəalliyət daha az, digər bölgələrdə fəaliyyət daha çox olur. Bu, o deməkdir ki, belə insanların lazım olan işə diqqəti azalmış, lazım olmayan (məsələn, kitab oxuyan şagirdin kitabdan daha çox diqqəti divarda asılmış
şəkildə, açılan qapıda, həyətdən gələn səsdə və s. olur) işə isə diqqəti artmış olur.

(davamı var)

Övladı DƏHP olan valideynlər necə davranmalıdırlar

Aydın, asan ünsiyyət;

• Uşaqla hər zaman güvənli, sakit və qərarlı tonda danışın (dost kimi, lakin qəti). Məcazi, lağ, ya da aqressiv şəkildə danışmayın.
• Ünsiyyət əsnasında mümkün olduqca uşağa toxunun. Məsələn, danışarkən çiyninə ehmalca toxunun.
(Bu toxunuş uşağın tapşırılan işə yönəlməsini təmin edər).

(davamı var)

Qərarlılıq (açıq qayda və rollar)

• Uşaqla birlikdə aydın davranış qaydaları təyin edin və bunun nəticələrini işə mümkün olduqca yazın. (Riayət olunmadığı təqdirdə, olacaq nəticələri deyil)
• Qiymətləndirmə sistemi yaradın və “mükafat balı” verin. Müəyyən bala çatanda bir hədiyyə və ya istədiyi bir şeylə mükafatlandırın.

(davamı var)

Ev tapşırıqları üçün təkliflər

• Müəyyən vaxt təyin edin.
• Uşağa özünə aid, səliqəli və narahat edilməyəcəyi, dərs oxuyacağı mühit təmin edin.
• Ev tapşırıqlarına nəzarət edin.
• Ev tapşırıqlarını qısa fasilələrlə yerinə yetirməsini nizamlayın.

(davamı var)

Övladı DƏHP olan valideynlərə bu sözləri söyləməyin

• Ana-atalıq etməyi öyrənin!
– DƏHP-li uşağı olmayanlar ana-atalığın ikiqat daha ağır olduğunu bilməz.
• Ana-ata artıq bu uşağı sakitləşdirsin.
– O qədər asan olsaydı DƏHP-li DƏHP-siz bütün uşaqlar muma dönərdi. Təbii ki, bütün hallarda bu doğrudurmu, bu mübahisəlidir.

(davamı var)

DƏHP diaqnozlu şagirdlə müəllimlər necə davranmalıdırlar

• Bəzi uşaqların dərs zamanı uğurları və “əl qaldırma”ları müəllim tərəfindən qiymətləndirilmədikdə onlar sinifdə hərəkətləri ilə diqqət çəkməyə çalışır, davranışları ilə seçilib dərsi dinləməməyə üstünlük verirlər. Bu səbəbdən uşaqların davamlı olaraq müəllim tərəfindən diqqətdən kənar qalması mövcud problemləri daha da artırır.

(davamı var)

DƏHP olan insanlar haqqında 24 maraqlı məlumat;

1. DƏHP adaptasiya ola bilməmək deyil, nəyə adaptasiya olduğuna nəzarət edə bilməməkdir.
2. Bəzən, sözün əsl mənasında, hər şeyə adaptasiya ola bilirlər. Özləri haqqında belə deyirlər:“İnsanlar DƏHP zamanı diqqətimizin çox asanlıqla dağılabiləcəyini düşünürlər. Əslində isə, eyni vaxtda bir neçə şey düşünür və düşüncədən düşüncəyə tez -tez keçid edirik.”

(davamı var)

DƏHP olan insanların müsbət cəhətləri

Yaradıcı qabiliyyətlidirlər. DƏHP ilə yaradıcılıq qabiliyyəti geninin yaxın olduğu deyilir.

Yeni işə başlamağa olduqca həvəslidirlər.

Heç kimin ağlına gəlməyən şeylər onların ağlına gəlir, heç kimin
düşünmədiyini düşünürlər.

İstiqanlı, canayaxındırlar. İnsanlarla tez dostlaşırlar.

(davamı var)

Yaşıdlarına nisbətdə daha hərəkətli olmaq

(davamı var)

DƏHP olan insanlarda yuxu problemləri

(davamı var)

DƏHP-nin müalicəsi

(davamı var)

DƏHP müalicəsində psixoterapiya

(davamı var)

Ailə terapiyası – DƏHP olan xəstənin ailə fərdləri ilə münasibətləri yaxşı olarsa, bu, ona dəstək ola bilər. Ailənin DƏHP olan xəstənin narahatlıq yaradan davranışlarını rahat bir formada qəbul etməsi ona çox kömək olur.

(davamı var)

DƏHP olan insanların qidalanması olmalıdır?

(davamı var)

DƏHP bəzi xəstəliklərdən fərqləndirilməlidir.

(davamı var)

DƏHP olan insanlara bu sözləri deməyin

Sən niyə hamı kimi normal deyilsən?
– O, anormal deyil, sadəcə, bir az fərqlidir və diqqətini toplamaqda çətinlik çəkir.

(davamı var)

Psixiatr qəbulunda olmayan, diaqnozu qoyulmayan insanlar bu günə qədər nə edib?

İmpulsivlik – ani olaraq özündən çıxdıqdan sonra yaranan problemlər, zərərli vərdişlərə meyillilik, riskli davranışlar nəticəsində baş verən qəzalar və s….

(davamı var)

Publicată de Psixiatr Fuad Bəşirov pe Joi, 4 aprilie 2019

müəllif fuad bəşirov
Müəllif: Uzm. Psixiatr Dr. Fuad Bəşirov
Əlaqə telefonu: (+99455) 240 35 54
Back To Top