Yoxlanma üçün uğurla göndərildi

  • Afaziya

    Danışma qabiliyyətinin pozulması.

     

  • Akalkuliya

    Hesablama qabiliyyətinin olmaması

  • Akatiziya

    Dərmanların yan təsirinə bağlı ortaya çıxan narahatçıllıq hissi, bu zaman insan yerində oturanda narahatçılıq başlayır, qalxıb gəzəndə keçir.

  • Amneziya

    Yaddaşın azalması, unutqanlığın yaranması,  orqanik və psixogen səbəbləri ola bilər.

  • Aritmiya

    Ürək döyüntülərinin qeyri stabil olması

  • Brantofobiya

    İldırımın səsindən qorxma

  • Debil

    Yüngül dərəcəli intelektual yetərsizlik (ağıl azlığı) deməkdir. İQ səviyyəsi 51-70

  • Depressiya

    Əhval ruhiyənin enməsi, yorğunluğun azalması, yuxu keyfiyyətinin azalması, iştah və cinsəl istəkdə dəyişmələrin yarandığı bir psixoloji vəziyyətdir

  • Dermatoloq

    Dəri xəsyəlikləri həkimi

  • Deja Vu

    Yeni bir hadisə ilə qarşılaşdıqda, anidən sanki həmin yeni hadisəni nə vaxtsa yaşamışlıq hissi

  • Embesil

    Orta dərəcəli intelektual yetərsizlik (ağıl azlığı) deməkdir. İQ səviyyəsi 21-50

  • həşiş

    Həşiş və ya anaşa hind çətənəsindən alınır (kannabis indica). Marixuana, plan, xaras, banq, kif -həşiş qrupu narkotiklərə aiddir. Asılılıq yaradır.

  • İdiot

    Ağır dərəcəli intelektual yetərsizlik (ağıl azlığı) deməkdir. İQ səviyyəsi 20-dən az

  • İşemiya

    Orqanın bütövlükdə və ya bir hissəsinin qan təhcizatının zəifləməsi və ya kəsilməsi

  • Kandinski- Klerambo sindromu

    hallüsinasiya və sayıqlamalar fonununda, kənar qüvvə tərəfindən məcburi icra etdirilən (intruziv) hərəkət vəya fikirlərdir, ideator, sensor və motor formaları var. Eyni zamanda psixi avtomatizm də deyilir.

  • Kardioloq

    Ürək xəstəlikləri həkimi

  • Kleptomaniya

    Maddi dəyəri olmayan əşyaları oğurlama

  • Klinik psixoloq kimdir?

    Psixologiya ixtisasından məzun olanlar 2 illik Klinik Psixologiya üzrə magistr təhsilindən sonra və ya müvafiq şəkildə yenidənhazırlanma şərti ilə başqa ixtisasa malik olanlar həm Klinik Psixologiya magistr (2 il), həm də doktorantura (4 il) təhsillərini başa vuraraq klinik psixoloq ixtisasına yiyələnirlər. Klinik psixoloq psixi xəstəlikləri olan insanlarla psixoloji məşğələlər və ixtisaslaşdığı sahədə psixiatr təyinatı ilə neyropsixoloji qiymətləndirməni həyata keçirir.

  • Kokain

    Cənubi Amerikada bitən “koka” kollarının yarpaqlarından alınan alkoliddir. Yerli analgetik təsirə malikdir. Asılılıq yaradır.

  • Libido

    İnsanda var olan yaşama istəyi

  • LSD

    LSD — Dietilamid lizergin turşusu, narkotik təsirə malik hallüsagen maddə, buna bəznər maddələr- meskalin, fentsiklidin, triptamin, psilosibin. Asılılıq yaradır.

  • Maniya

    Psixomotor aktivliyin artdığı bir psixolojik vəziyyətdir. Bu zaman adamın enerjisi həddindən artıq yüksəlir, çox danışır, yuxu ehtiyacı azalır, çox pul xərcləyir və s kimi hallar yaranır

  • Meqalomaniya

    İnsanın özünü böyük görməsi, həddən artıq vacib şəxsiyyət olduğuna inanması

  • Mutizm

    Danışmama

  • narkomaniya

    Yunanca “narke”-donub qalma, “mania”- psixi xəstəlik, narkotik maddələrin sui istifadəsi

  • Nevroloq

    Sinir sistemin orqanik xəstəliklərinin həkimi

  • opiat

    Opiat tipli maddə, opi çətənəsindən alınan preparatlar (opium, kodein, geroin, tiryək) və ya sintetik oxşarları (promedol), ağrı kəsici təsiri vardır. Asılılıq yaradır.

  • Persekusiya

    Başqasından zərər görəcək sayıqlaması

  • Psixiatr kimdir?

    6 il tibb universiteti və ya tibb fakültəsində təhsil aldıqdan sonra Azərbaycanda 2 il, inkişaf etmiş ölkələrdə 4 və ya 6 il Psixiatriya üzrə əlavə təhsil alaraq psixiatr ixtisasına yiyələnilir. Psixi və sosial faktorları nəzərə alaraq, müalicə planını fərdin ehtiyacına görə təyin edir, həmçinin dərmanla müalicəni həyata keçirir.

  • Psixoloq kimdir?

    4 il Psixologiya fakültəsində təhsil aldıqdan sonra psixoloq ixtisası alınır.

  • Psixoterapevt kimdir?

    Psixoterapiya (söhbət ilə müalicə) üzrə ixtisas təhsili almış psixiatr, psixoloq və ya müvafiq
    şəkildə yenidənhazırlanma şərti ilə başqa ixtisasa malik olan biri psixoterapevt ola bilər.  Psixoterapevt ixtisaslaşdığı sahə üzrə fərdi və ya qrup şəklində psixoterapiya (söhbət ilə müalicə) ilə məşğul olur.

  • Psixoz

    -psixotik vəziyyət- Reallığı qiymətləndirmə bacarığının itirilməsi

  • Yuxu terroru

    Yuxuda ikən ortaya çıxan əl ayaqların oynadılması, yuxuda danışma ilə gedən, eyni zamanda yuxudan oyandırıldıqda etdiklərindən xəbərsizdir

Heç bir nəticə tapılmadı

    Lüğətə əlavə etmək istədiyiniz terminlər varsa, onları bizə göndərə bilərsiniz

    GÖNDƏR