skip to Main Content

Mövsümsəl depressiya haqqında lent.az saytına verdiyimiz qısa şərh

Mövsümsəl Depressiya Haqqında Lent.az Saytına Verdiyimiz Qısa şərh

Yaz depressiyası

Depressiya və ya depressiv pozuntu günümüzün ən çox yayılan xəstəliklərindən biridir.

Bəs yaz depressiyası nədir, bunun qarşısını necə almaq olar?

Psixiatr Fuad Bəşirov mövzu ilə bağlı Lent.az-a açıqlamasında bildirdi ki, depressiyaya düşən insanı onun əhval-ruhiyyəsinin aşağı olmasından, zövq aldığı işlərin artıq zövq verməməsindən, cinsi istəyin azalmasından, yuxunun pozulması, iştahanın azalmasından, özünü günahkar hiss etməsindən, həddindən artıq yuxu yatması və ya yuxusuz qalmasından müəyyən etmək olar. Dediyinə görə, belə adamlar hətta ölüm və intihar haqda düşünürlər.
F.Bəşirov deyir ki, hər yaşda olan insanlarda bu hala rast gəlmək olar. “Lakin 20-30 yaşlarında olan gənclərdə depressiya daha çox müşahidə olunur. Mövsümü depressiya fəsil dəyişərkən baş verir. Və hər zaman bu proses təkrarlana bilir. Mövsümsəl depressiya eyni zamanda bipolyar xəstəliyinin, doğum sonrası depresiyanın göstəricilərindən biri sayıla bilər. Mövsümsəl depressiyaya əvvəl psixiatrik xəstəliyi olanlar, öncədən depressiya yaşayanlar və yaxud stresli həyat tərzi keçirənlər daha çox məruz qalır. Mövsümü depressiya halları yaz-payız aylarında daha çox müşahidə olunur. Mövsümü depressiyanın qarşısını almaq üçün yuxu rejiminə diqqət yetirmək, spirtli içkilərdən, narkotik vasitələrdən uzaq olmaq və özünə vaxt ayırmaq vacib şərtdir”.
Onun sözlərinə görə, mövsümsəl depressiya hansısa xəstəliyin ilkin göstəricisidə ola bilər.
Psixiatr əlavə edib ki, depressiyanı farmakoterapiya və psixoterapiya yolu ilə müalicə etmək olar: “Bəzən hər iki üsulla müalicə edirlər. Bu da xəstəni müayinə etdikdən sonra xəstəliyin dərəcəsinə görə tətbiq edilir”.
müəllif fuad bəşirov
Müəllif: Uzm. Psixiatr Dr. Fuad Bəşirov
Əlaqə telefonu: (+99455) 240 35 54
Back To Top