Diqqət əskikliyi və hiperaktiv pozuntu

Diqqət əksikliyi hiperaktivlik sindromu

Diqqət əskikliyi hiperaktiv pozuntu nədir?

Uşaqlar kiçik yaşlarında ikən, xüsusən, 4 yaşdan əvvəl müşahidə olunan həddindən artıq hərəkətliliyin normal inkişaf xüsusiyyətlərindən ayrılması çətindir. Diqqət əskikliyi hiperaktivlik sindromu diaqnozu, əsasən, məktəb dövrünün ilk illərində qoyulur. Xəstəlik bu illərdə öz mənfi təsirlərini biruzə verir. Bu pozuntu adətən, yeniyetməliyin sonuna qədər qalıcı olur. Yeniyetməlik və yetkinlik dövründə həddindən artıq olan hərəkətlilik azalır. Plan qura bilməmək, dağınıqlıq, impulsivlik isə bir çox halda ömür boyu davam edir.

Bu xəstələr üçün problemləri qruplaşdıracaq olarsaq, diqqət əskikliyi, impulsivlik və hiperaktivlik olaraq qeyd edə bilərik.

Diqqət əskikliyi ilə bağlı qarşılaşıla bilinəcək problemlərə aşağıdakıları sadalaya bilərik

  • Detallara diqqət etməkdə çətinlik çəkərlər, məktəb, iş və ya digər hallarda diqqətsiz yanaşaraq xətalara yol vermək
  • Diqqət tələb edən işlərdə diqqəti davam etdirməkdə çətinlik çəkmək
  • Biri ilə danışarkən dinləməkdə çətinlik çəkmək
  • Məktəbdə ya da iş yerində verilən tapşırıqları bitirməkdə, verilən təlimatları izləməkdə çətinlik çəkmək
  • Vəzifələri yerinə yetirməkdə və tədbirləri təşkil etməkdə çətinlik
  • Uzun zehni əmək tələb edən işlərdən yayınmaq və ya bu işlərə qarşı istəksizlik
  • Şəxsi əşyaları itirmək (məsələn, oyuncaq, qələm, pozan, kitab və s.)
  • Diqqətin asanlıqla dağılması
  • Günlük planlanan işləri unutmaq

İmpulsivlik ilə bağlı qarşılaşıla bilinəcək problemlərə aşağıdakıları sadalaya bilərik

  • Verilən sualları bitirmədən cavab vermək
  • Sıra gözləməkdə çətinlik çəkmək
  • Başqalarının işinə qarışmaq, ya da söhbəti bölmək
  • Qısa zaman üçün zövq verən məşğuliyyətlərə meyillilik.

Hiperaktivlik ilə bağlı qarşılaşıla bilinəcək problemlərə aşağıdakıları sadalaya bilərik

  • Yerində sakit otura bilməmək, əl-ayağını tərpətmək
  • Oturmağı lazım olan vəziyyətlərdə yerindən qalxmaq
  • Ora-bura qaçmaq ya da narahatlıq hissi
  • Boş zaman fəaliyyətlərini sakit səssiz etməkdə çətinlik çəkmək
  • Davamlı hərəkət halında olmaq ya da sanki motor qoşulubmuş kimi hərəkət etmək
  • Çox danışmaq

Diqqət Əskikliyi Hiperaktivlik Sindromunun müalicəsi

Hər uşaq üçün ideal müalicə fərqlidir. Diqqət Əskikliyi Hiperaktivlik Sindromu olduğu düşünülən uşaq və yeniyetmələrin psixiatr tərəfindən qiymətləndirilməsi çox vacibdir. Psixiatrın uyğun gördüyü Diqqət Əskikliyi Hiperaktivlik Sindromu müalicəsində istifadə olunan dərman ilə birlikdə psixoloq və düzgün ailə dəstəyi müsbət nəticə verir. Bununla uşağın davranışı və pərformansı nəzərə çarpacaq dərəcədə müsbətə doğru dəyişir. Bunu təmin etmək üçün valideynlərin  müəllimlərlə daim kontaktda olaraq birgə dəstək göstərməkləri vacibdir.

Diqqət Əskikliyi Hiperaktivlik Sindromunun dərmanlarla müalicəsi uşağın məktəb fəaliyyətlərinə diqqətini toplamağına kömək edər və uşağın həyat keyfiyyəti hiss olunacaq dərəcədə düzələr. Bundan başqa, uşağın impulsivliyinə nəzarət edərək davranış problemlərini düzəldər.

Psixiatr qəbulunda olmayan, diaqnozu qoyulmayan insanlar bu günə qədər nə edirdi?

Simtomlar müalicə ilə düzəldilmədikdə ayrı ayrı ayrı problemlərə yol aça bilərlər. Başlıqlar olaraq aşağıda sadalaya bilərik

İmpulsivlik – ani özündən çıxdıqdan sonra yaranan problemlər, zərərli vərdişlərə meyillilik, risqli davranışlar nəticəsində baş verən qəzalar.

Diqqət əskikliyi – zehni potensialından kifayət qədər istifadə edə bilməmək, dərslərindəki uğurlarda azalma, yaşıdlarından geri qalmaq, təhsilinin yarım və ya yetərsiz qalmağı.

Hiperaktivlik – məktəbdən əvvəlki dövrdə həddindən artıq hərəkətlilik, valideyinlərdə yaranan səbirsizlik, dolaysı ilə əsəbiliyin, yorğunluğun yaranması, məktəb dövrü uşaqlarında müəllimlər tərəfinden şikayətlər – “yerində otura bilmir- sinif yoldaşlarına sataşır.”, kimi problemler yaşana bilər.

Diqqət əskikliyi neyrobiolojik vəziyyət olduğu üçün müalicə edilməzsə, bu xəstəliyi müşahidə edən başqa psixiatrik xəstəliklər də yarana bilər. Diqqət əskikliyi olan uşaq məktəb əşyalarını və ya tapşırıqlarını tez-tez unutduğu, dərslərdə diqqəti dağılıb fikrə getdiyi üçün aşağı qiymətlər aldığı,  qaydalara dözə bilməyib evdə və ya məktəbdə qaydaları pozduğuna görə davamlı olaraq xəbərdarlıqlar alır. Bir də uşaq bu davranışlara görə davamlı olaraq cəzalandırılırsa o zaman davranış problemləri və ya başqa psixiatrik pozuntular yarana bilər. Davranış pozuntusu, böyük yaşda narkotik istifadəsi kimi hallar da müşhidə oluna bilər. Bu vəziyyətə qarşı düzgün tədbirlər görülməzsə, Diqqət Əskikliyi Hiperaktivlik Sindromu olan insanın özgüvəni azalar. Diqqət əskikliyi olub, lakin bunu bilməyən, müalicə almayan insanlar böyük yaşda depressiyaya girdikdə və ya hər hansı bir asılılıqdan qurtulmaq üçün həkimə müraciət etdikdə, bu vəziyyətin arxasında diqqət əskikliyinin olduğu aşkarlanır.

müəllif fuad bəşirov
Müəllif: Uzm. Psixiatr Dr. Fuad Bəşirov
Əlaqə telefonu: (+99455) 240 35 54