Demensiya nədir və müalicəsi necə aparılır?
Demensiya haqqında nələri bilməliyik?
Demensiya bir simptomlar qrupunu təsvir etmək üçün istifadə edilən termindir. Bu simptomlara yaddaşın tədricən zəifləməsi, ünsiyyət problemləri ilə birgə səbəb-nəticə, düşünmək bacarıqlarının azalması daxildir. Bu simptomlara müxtəlif faktorlar və xəstəliklər səbəb ola bilər. Demensiyanın bir çox əlamətləri var və inkişaf riski yaşla bir yerdə dramatik şəkildə artır. Demensiyanın proqressiv inkişaf etməsinə baxmayaraq, hər insan özünə məxsus şəkildə bu halı yaşayır.
Demensiyanın simptomları
- Yaddaşın itirilməsi – dükandan evə gələn yolu unutma və ya yaxşı bilinən yolu xatırlamamaq;
- Adları və yerləri xatırlaya bilməmək;
- Danışmaq, oxumaq, yazmaq qabiliyyətlərinin azalması;
- Emosianal dəyişikliklər – xüsusi ilə beyinin emosiyalara nəzarət edən hissəsinin zədələnməsi olanlarda. Demensiyalı insanlar da qorxu, kədər, qəzəb, sevinc hisslərini yaşaya bilirlər;
- Sonrakı vaxtlarda əlamətlər şəxsi problemlər daşıyır və getdikcə başqalarından asılı vəziyətə düşürlər.
Diaqnoz necə qoyulur?
Diaqnoz gələcəyinizi planlaşdırmada xüsusi rol oynayacaq. Nə edəcəyinizi daha yaxşı biləcəksiniz. Yeni müalicələrdən faydalana biləcəksiniz. Digər sosiyal və sağlamlıq ehtiyacları müəyyən ediləcək və lazımi tədbirlər görülə biləcəkdir.
Demensiyanın sadə bir testi yoxdur. Çox vaxt digər səbəbləri istisna etməklə diaqnostika həyata keçirilir. Bu zaman həkiminiz infeksiya, vitamin çatışmazlığı, tiroid vəzi problemləri, beyin şişləri, dərmanların yan təsirləri və depressiyanı istisna etməyi planlaşdırır. Sadalananlardan bəziləri müalicə olduğuna görə yuxarıdakıları araşdırmaq vacibdir.
Demensiya dünya statistikasında.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hal-hazırda dünyada 47,5 milyon insan demensiya xəstəliyindən əziyyət çəkir. 2050-ci ilə qədər bu rəqəmin 135 milyon olacağı deyilir.
Demensiya zamanla beyinə zərər verir. Ən çox görülən demensiya növü Alzheimer xəstəliyidir və bunun üçün gen və çevrədən bir çox faktor sadalansa da, dəqiq səbəbi bilinmir. Başqa bir çox rast gəlinən demensiya növünün səbəbi isə yüksək qan təzyiqinin beyinə vurduğu zərbələrin təsirindən yaranan Vaskular demensiyadır.
Demensiyanın müalicəsi necə aparılır?
Demensiyanın bütün növləri proqresiv xəstəlikdir və müalicədə əsas məqsəd bu prosesi ləngitməkdən ibarətdir. Əsas yanaşma psixososial yardım və dərman müalicəsindən ibarətdir.
Yazını paylaşsanız yaxınlarınız da məlumatlanar.
Demensiya haqqında Psixiatr Uzm. Dr. Fuad Bəşirovun video reportajını aşağıdan izləyə bilərsiniz: