Manken xəstəliyi
Anoreksiya Nervoza (Manken xəstəliyi)
Əgər sizdə və ya yaxınlarınızdan birində aşağıdakı əlamətlər varsa, Anoreksiya Nervoza xəstəliyi ola bilər.
- Çəkiniz haqqında daha çox düşünür və narahat olursunuzsa,
- Yaşınız və boyunuza uyğun normal çəkidəsiniz və ya normaldan daha az çəkiniz varsa belə yenə bu sizə çox görsənirsə,
- Az yemək yeyir, və yediklərinizin kalorisini hesablayırsınızsa,
- Yediklərinizi əritmək üçün daha çox idman edirsinizsə,
- Təkrarlayan bir şəkildə güzgü qarşısında çəkinizi, formanızı yoxlayırsızsa,
- Yemək yeməmək üçün ailə, dost məclislərindən qaçırsınızsa,
- Bədəninizi gizlətmək üçün geniş paltarlar geyinirsinizsə,
- Tərəziyə çıxmadan əvvəl çoxlu su içirsinizsə,
- Yeməkləri pis və yaxşı olan qruplara ayırırsınızsa,
- Yemək vaxtlarından qaçırsınızsa,
- Öz cinsinizə aid maraqları itirirsinizsə,
- Qızlarda və qadınlarda menstural siklusun (aybaşı) pozulması və ya dayanması
- Oğlanlarda və kişilədə ereksiyanın olmaması və testislərin kiçilməsi
Müəllif: Uzm. Psixiatr Dr. Fuad Bəşirov
Əlaqə telefonu: (+99455) 240 35 54