Post Covid sindrom. Covid 19 xəstəliyin aktiv dövründən sonra psixikaya təsirləri.

Post Covid sindrom. Covid 19 xəstəliyin aktiv dövründən sonra psixikaya təsirləri.
Covid-19 xəstəliyi keçirən, xəstəliyin kəskin dövrün keçirdikdən sonra bəzi xəstələrdə ağciyər, ürək, böyrək və beyində problemlər yaradır, bu da insanın gələcək sağlamlığımda problemlərə səbəb ola bilir. Bu problemləri vaxtında aşkarladığımızda öhdəsindən gəlmək daha rahat və keçici ola bilir.
Covid-19 xəstəliyini keçirənlərin böyük əksəriyyəti bir neçə gün və ya həftə ərzində ən çoxu 12 həftəyə qədər özlərini tam sağlam hiss edirlər. Bəzilərində isə bu müddət 12 həftədən sonraya da davam edir, yeni şikayətlərdə əlavə oluna bilir, bu hal “post Covid sindrom” və ya “xronik Covid” adlandırılır. Maraqlıdır ki, bir çox elmi tətqiqat “xronik Covid”in ortaya çıxması Covid-19 xəstəlinin ilk başlayanda keçirilmə şiddətindən asılı olmadığını deyir.
Yaşlı insanlarda, çoxlu xəstəliyi olanlarda bəzən gənclərdə belə Covid-19 un bəzi simptomları davam edir və ya yeniləri ortaya çıxa bilir. Bunlardan daha çox görsənənləri aşağədakılardır.
Həddindən artıq yorğunluq
Nəfəs darlığı və ya nəfəs almaqda çətinlik
Öskürək
Oynaq ağrıları
Sinə ağrısı və ya sıxılma hissi
Yaddaş, konsentrasiya (“beyin dumanlanması”)
Yuxu problemləri
Əzələ ağrısı və ya baş ağrısı
Qulaq ağrısı, tinnitus
Mədə ağrısı, iştahsızlıq
Ürək döyüntüsünün sürətlənməsi
Qoxu və ya dad itkisi
Depressiya və ya həyacanda artma
Temperaturun artması (və ya hissi)
Ayağa qalxdığınız zaman başgicəllənmə
Fiziki və ya zehni fəaliyyətdən sonra narahatlılığın artması
Səpkilər.
Əgər bu hallar varsa həkiminizə təkrar müraciət edin.
Müayinədə həkim nə edir?
Bu şikayətlərin sizin həyatınıza nə qədər təsir etdiyini öyrənir.
Bu şikayətlərə təsir göstərə bilən digər faktorları araşdırır, bəzən bunun üçün aşağıdakı müayinələrin keçirilməsini istəyir.
Qan analizləri
Kardiolojik müayinə
Pulmanolijik müayinə
Nəticə olaraq, Covid 19 xəstəliyi və post COVID sindromu tək başına və ya kombinasiyada tənəffüs, ürək-damar, hematoloji və neyropsixiatriya simptomları ilə özünü göstərən çox sistemli xəstəlik hesab edilə bilər. Beləliklə, terapiya fərdiləşdirilməli və bu pozğunluğun həm klinik, həm də psixoloji aspektlərini həll etməyə yönəlmiş peşəkarlararası yanaşmanı özündə birləşdirməlidir.
Bu sindromla bağlı artan klinik məlumatlılığı nəzərə alaraq, ABŞ-ın əsas tibb mərkəzlərində COVID-19-dan sağalmış xəstələr üçün multidisiplinar yanaşma və resurslar təqdim edən Post-COVID klinikaları açılır.
Müalicə və dəstək
Həkiminiz sizə lazım ola biləcək qayğı və dəstək haqqında danışacaq.
Sizə evdə şikayətlərinizi necə idarə etmək və izləmək barədə məsləhətlər verəcək.
Şikayətləriniz həyat keyfiyyətinizə böyük təsir göstərirsə, sizə mütəxəssis reabilitasiya xidmətinə və ya sizdə olan xüsusi simptomlar üzrə ixtisaslaşmış həkimə müraciət etməyinizi məsləhət görəcək.
Diabet, xroniki böyrək xəstəliyi, hipertoniya kimi birgə mövcud vəziyyətlərin müalicəsi optimallaşdırılmalıdır.
Xəstələr evdə nəbz oksimetri, qan təzyiqi və qan qlükoza monitorları daxil olmaqla özünə nəzarət haqqında məlumatlandırılmalıdırlar.
Xəstələr sağlam balanslaşdırılmış qidalanmaya, düzgün yuxu gigiyenasına riayət etməyə, spirt istifadəsini məhdudlaşdırmağa və siqareti buraxmağa təşviq edilməlidir.
Lazım olduqda ağrı kəsicilərdən istifadə nəzərə alınmalıdır
Əgər mümkündürsə, aerobika, idman və ya gəzmək kimi məşq proqramı tövsiyə edilməlidir, bu şərtlə ki, başqa əks göstərişlər yoxdur. (Xüsusi ilə, Covid 19 u Ürək tutulumu ilə keçirənlər, xəstəlik dövründə oksigen ehtiyacı olanlar, lenfopeniyası olanlar aktiv idmana başlamadan əvvəl həkimi ilə məsləhət etməlidir.)
Bu xidmətlər şikayətlərinizi idarə etməyə və sağalmağınıza kömək edə bilər.
Belə xəstələrin çoxu ətrafından aldığı dəstək, istirahət, simptomatik müalicə və aktivliyin tədricən artması ilə kortəbii (yavaş-yavaş) sağaldığında vurlumaq istəyirəm.
- Covid 19 xəstəliyin keçirənlərin təxminən 10% ində xronik Covid sindromu görsənir
- “Xronik Covid” ortaya çıxma ehtimalı qadınlarda daha yüksəkdir.
- Covid-19 dan ölən xəstələrin beyin təqiqatında virusun beyində iltihab və ya “virus ləkəsi” nə səbəb olmadığı göstərilib.
Nəzərə almaq lazımdır ki, COVID-19-u olan insanların əksəriyyəti tez sağalır. Eyni zamanda Covid-19-dan yaranan potensial uzunmüddətli problemlərin qarşısının alınmasında da yenə Covid- 19 dan qorunmaq, maska taxmaq, gigiyenik qaydalara riayət etmək, insanların çox olduğu məkanlardan uzaq durmaq və peyvənd olunmaq kimi mümkün qoruyucu vasitələrdən istifadə etməyə davam etmək lazımdır.
Ədəbiyyat
3. https://www.ncbi.nlm.nih.gov/books/NBK570608/#
5. https://www.bmj.com/content/370/bmj.m3026
6. https://www.nature.com/articles/s41591-021-01283-z
7. Covid 19 pandemiyası dövründə əhalinin psixi sağlamlığı. Fuad Bashirov 2022. (Çap üçün hazırlanır)
