Yuxu gigiyenası

yuxu gigiyenası

Yuxu gigiyenası nədir və ona necə əməl olunmalıdır?

Yuxu gigiyenası üçün aşağıda verilən tələblərə riayət etməklə yuxu keyfiyyətinizi yaxşılaşdıra bilərsiniz.

  • Hər gün eyni saatda yatın. Çox yorğun olsanız da, normal yuxu saatında yatmağa çalışın.
  • Hər gün yataqdan eyni saatda qalxın. Gece necə yatmağınızdan, hansı saatda yatmağınızdan asılı olmayaraq səhər qalxmanız lazım olan saatda qalxın. İstirahət günləri də bu qaydaya əməl edin.
  • Yatmaq və qalxmaq saatlarına əməl etmək yuxu vaxtının qorunamsında vacibdir.
  • Yuxudan oyandıqdan sonra yataqda vaxt keçirtməyin. İstirahət məqsədi ilə yataqda vaxt keçirtmək dincəldici olmamaqda və yuxu ritmini pozmaqdadır.
  • Özünüzü yatmağa məcbur etməyin, yuxunuz gəlmədən yatağa girməyin. Yatağınızda yarım saat vaxt keçirdib hələ də yata bilməmisinizsə, yataqdan qalxın və səssiz bir işlə məşğul olun (misal: loş işıqda kitab oxumaq) və ya ilıq duş, sakitləşdirici musiqi dinləmək kimi rahatladıcı fəaliyətlərlə məşğul olun. Yuxunuzun gəldiyini hiss etdikdə təkrar yatağa uzanın.
  • Məsləhət görülən yuxu dərmanlarınızı yuxu saatınızdan təxminən 1 saat əvvəl alın. Beləcə dərmanın təsiri yuxu saatınızla eyni vaxtda ortaya çıxacaq.
  • Axşam saatlarında siqaret, çay, kofe, kola, enerji içkiləri, spirtli içkilərdən uzaq durun. Bunların yerinə ilıq süd, ada çayı, çobanyastığı çayı kimi içkilərdən istifadə edə bilərsiniz.
  • Ac və ya tox yatmayın (son yemək yuxu saatından təxminən 3 saat əvvəl olmalı).
  • Yatağı sadəcə yuxu və cinsəllik məqsədi ilə istifadə edin. Yemək yemək, televiziya izləmək, kompyuter, telefonla məşğul olmaq, kitab oxumaq kimi fəaliyətləri yatağınızda etməyin.
  • Yataq otağının səssiz, qaranlıq və normal temperaturda olmasına dəqqət edin.
  • Axşam saatlarında davamlı olaraq gimnastika və ya yürüyüş edin, ancaq yuxu saatından 3-4 saat əvvəlinə qədər fiziki yorğunluq verən işlərdən uzaq durun.
  • Gündüz saatlarında 1 saatdan artıq yatmayın. Gündüz yuxusu saat 14-15 dən sonraya buraxılmamalıdır.
  • Fərqli yerlərdə yatmamağa diqqət göstərin.
  • Qastroezofagiyal reflü varsa, hündür yastıqdan istifadə edin.

Unutmayın, keyfiyyətli yuxu sağlam qalmanın əsas şərtlərindəndir!

Yuxu haqqında Psixiatr Uzm. Dr. Fuad Bəşirovun video reportajını aşağıdan izləyə bilərsiniz:

müəllif fuad bəşirov
Müəllif: Uzm. Psixiatr Dr. Fuad Bəşirov
Əlaqə telefonu: (+99455) 240 35 54