Boğulma hissi

panik atak

Boğulma hissi

Boğulma, boğazda yad bir cismin qalma hissi, boğazımda sanki bir şey var nə uda bilmirəm, nə də ata bilmirəm kimi və bənzəri şikayətlər Globus Histericus (İsterik boğulma) sindromunun səbəbi ola bilər. Bu cür şikayəti olan xəstələr çox vaxt Qulaq Burun Boğaz həkimlərinə və ya Endokrinoloqa müraciət edirlər. Həkimin boğaz nahiyəsində boğulmaya səbəb olacaq patologiyanın olamaması haqqında məlumat verdikdən sonra şikayətlərin davam etməsi, bir çox halda həkimə güvənsizlik və başqa bir həkimə müraciət ilə nəticələnir.

Emosional vəziyyətlə əlaqəli boğulmaların sıxlığında və şiddətində dəyişmələr ola bilər. İsterik boğulma hər zaman ciddi bir psixiatrik xəstəliyin olduğunu göstərmir. Psixiatrik anamnez və müayinə ilə diaqnoz qoyulur və müalicə edilir.

Qəhərsiz yaşamaq diləyi ilə…

müəllif fuad bəşirov
Müəllif: Uzm. Psixiatr Dr. Fuad Bəşirov
Əlaqə telefonu: (+99455) 240 35 54