Katatoniyalı Əsgər

Mən də bir xatirəmi yazım.

Müharibənin ilk günləri  10 nəfərlik psixiatr komandası ilə yaralıların müalicə aldığı xəstəxanalara yollandıq. Öz aramızda belə anlaşdıq ki bütün yaralılara baş çəkəcəyik, söhbət edəcəyik. İlk getdiyimiz bölgənin xəstəxanaların aramızda bölüşdük ki işimizi planlı görək, görmədiyimiz yaralı qalmasın. Eyni xəstəxanaya gedən həkimlər də öz aralarında mərtəbələri, və ya sağ-sol palataları bölüşdürüb baxacaqdıq.

Elmir doktorun başçılığında olan xəstəxanada ilk palataya yaxınlaşdım, içəridə 5-6 nəfərlik həkim, tibb heyəti vardı, bir palatada bu qədər ağ xalatlının olması “yəqin ki burada olan yaralı Əsgərimizə təcili müdaxilə edilir düşüncəsi yaratdı” və mane olmaq istəmədim, digər palataya keçdim, sırası ilə növbəti palatalar. Ən axırda ilk palataya geri qayıtdım ki əgər tibb heyətinin işi qurtarıbsa oradakı Əsgərimizə də baş çəkim. Ancaq eyni heyət yenə içəridə idi və Əsgərin başının üstündən ayrılmamışdılar….

…Yaralı Əsgərlərimizlə olan söhbətlər məni həm heyrətləndirir, həm qururlandırır, həm sevindirirdi.. aşağı düşdüm Ikram drla bir birimizi görən kimi ikimizdə eyni həyacanla olanları bəlkə də bir birimizi dinləmədən danışmağa başlamışdıq.. ..Ruslan dr dan zəng gəldi
– Fuad yuxarıda baxmadığımız palata qaldı?
– baxmadığım 3cü mərtəbə soldan birinci otaq, orda 5-6 tibb heyəti vardı işlərinə mane olmaq istəmədim, sən bax əgər işlərin qurtarıblarsa gedək ordakı Əsgərimizə də keçmiş olsun deyək
– yaxşı xəbər edərəm.

…Xəstəxanaya yeni ambulans, yeni yaralı gəlir, Əsgəri qarşılayacaq tibbi heyət əvvəlcədən hazır gözləyir.. hər kəs hazır, hər kəs öz işini bilir..
..Ruslan dr zəng edir
– doktor mən o palatadakı Əsgərə baxdım, o katatoniya halındadır.
– gəlirik, deyib İkram drla birgə palataya getdik.

Katatoniya psixiatriyada nadir hallarda rast gəlinən bir haldır. Katatoniyada təxminən vəziyyət belə olur: xəstənin indiki halında beyindən başqa bütün orqanlar işlək vəziyyətdədir, beyin sanki tormozlanıb. Gözlər bir nöqtəyə zillənir, bədənin spontan hərəkəti yoxdur, əgər biz bədənin hər hansı yerini məcburi hərəkət etdirsək bədən həmin vəziyyətdə qalır, spontan öz vəziyyətinə qayıtmır. Vaxtında müalicə olunmazsa əzələ əriməsi və davam edən fəsadlardan xəstə itirilə bilər.

Palataya girdiyimizdə yenə o tibb heyəti orda idi. Bəli katatoniya idi. Tibb bacılarının xəstənin başından ayrılmama səbəbi isə mənim düşündüyüm kimi xəstənin yaralı olması deyildi. Digər Əsgərlər danışa bilir, istəklərin dilə gətirə bilir, ancaq bu Əsgər danışmır, bəlkə bir şey deyər və ya işarə edər deyə ana kimi başından ayrılmamaqları idi.  Diaqnoz dəqiqləşmiş, müalicəyə başlandığı andan etibarən qəhraman Əsgər özünə gəlməyə başlamışdı. Həmin ana qədər Yaşıl Koftalı Əsgərin başından ayrılmayan tibb bacılarının sevincini sözlərlə təsəvvür etsəm bənzədəcəyim hadisə sadəcə ananın övladına qovuşması ola bilər.

Axşam komanda ilə bir yerə gəldiyimizdə 10 nəfər həkim sadəcə o Əsgər üçün gəlsəydik belə bəs olardı düşüncəsi idi.

Belə..
İnsan unutqandır, yazılanlar isə qalıcı…

müəllif fuad bəşirov
Müəllif: Uzm. Psixiatr Dr. Fuad Bəşirov
Əlaqə telefonu: (+99455) 240 35 54