Ən çox soruşulan suallar

Pasiyentləri ən çox maraqlandıran və narahat edən məqamlar

Psixoloq, psixiatr, psixoterapevt arasındakı fərq nədir?
  • Psixiatr kimdir?

6 il tibb universiteti və ya tibb fakültəsində təhsil aldıqdan sonra Azərbaycanda 2 il, inkişaf etmiş ölkələrdə 4 və ya 6 il Psixiatriya üzrə əlavə təhsil alaraq psixiatr ixtisasına yiyələnilir. Psixi və sosial faktorları nəzərə alaraq, müalicə planını fərdin ehtiyacına görə təyin edir, həmçinin dərmanla müalicəni həyata keçirir.

  • Psixoloq kimdir?

4 il Psixologiya fakültəsində təhsil aldıqdan sonra psixoloq ixtisası alınır.

  • Klinik psixoloq kimdir?

Psixologiya ixtisasından məzun olanlar 2 illik Klinik Psixologiya üzrə magistr təhsilindən sonra və ya müvafiq şəkildə yenidənhazırlanma şərti ilə başqa ixtisasa malik olanlar həm Klinik Psixologiya magistr (2 il), həm də doktorantura (4 il) təhsillərini başa vuraraq klinik psixoloq ixtisasına yiyələnirlər. Klinik psixoloq psixi xəstəlikləri olan insanlarla psixoloji məşğələlər və ixtisaslaşdığı sahədə psixiatr təyinatı ilə neyropsixoloji qiymətləndirməni həyata keçirir.

  • Psixoterapevt kimdir?

Psixoterapiya (söhbət ilə müalicə) üzrə ixtisas təhsili almış psixiatr, psixoloq və ya müvafiq
şəkildə yenidənhazırlanma şərti ilə başqa ixtisasa malik olan biri psixoterapevt ola bilər.  Psixoterapevt ixtisaslaşdığı sahə üzrə fərdi və ya qrup şəklində psixoterapiya (söhbət ilə müalicə) ilə məşğul olur.

Antidepressant dərmanlar asılılıq əmələ gətirirmi?

Xeyr, antidepressant dərmanlar asılılıq əmələ gətirməz. Bu mövzu ilə bağlı saytımızın bir yazısında geniş yer ayırmışıq. Həmin paylaşımı bu keçidə daxil olaraq oxuya bilərsiniz: Antidepressant dərmanlar asılılıq əmələ gətirməz

"Psixiatr dəliləri, nevropatoloqlar isə nevrozları müalicə edir." - Bu fikir doğrudurmu?

Psixiatr bütün növ psixiatrik xəstəlikləri müalicə edir. Bu xəstəliklərin siyahısı səhifənin giriş hissəsində verilmişdir. Eyni zamanda bu xəstəliklərə nevroz adı altında olan bütün xəstəliklər aiddir. Xatırladım ki, nevroz psixi problemdir.

Əlavə suallarınız varmı?

Aşağıdakı formdan suallarınızı Dr. Fuad Bəşirova ünvanlaya bilərsiniz. Suallar cavablandıqdan sonra saytda paylaşılmaqdadır. Suallara verilən cavablarla bağlı email ünvanınıza bildiriş göndəriləcəkdir.

Suallar təsdiqləndikdən sonra saytda paylaşılmaqdır.
Bu yazıya ərh yazılıb
  1. Salam doktor necesiz mende 1hefteye yaxındı qeyri adi bir hal yaşanır gece yataq girerken beynimde menfi fikirler yaranır meselen öz özume beynimde qanımda pis xestelik var ve s yaranır başıma salıram bedenimde hiss ediremki bu proseslere uyur zeifleyir beynimde bu hissi dayandıra bilmrem yuxusuzluq yaradır mende qorxu yaradır bundan qurtulmaqçun ne etmek olar ümümyetle bele şeye ve ya buna ne ad vermek olar? Xaiş edirem mene yardım ederdiz.

    1. Salam, hipoxondriazis adlanan xəstəlik zamanı adama elə gəlir ki nəsə pis bir xəstəliyi var, və ya hansısa pis bir xəstəliyə tutulacaq. Bu düşüncələr hər zaman psixoloji bir xəstəliyin əlaməti deyil, əgər bu fikirlər bizi gecə yatmağa qoymursa, səhər qalxanda daha yorğun qalxarıqsa, insanlar arasnda münasibətdə, işimizdə problemlər yaşamağa başlayarıqsa o zaman xəstəlik halı deməkdir, psixiatra müayinə olunmaq faydalı olar.

  2. Salam sabahınız xeyir necesiz? Bir neçə sualım olacaq hər birinə cvb versəz çox sevinərəm təzə ailə qurmuşam özümde işləyirəm ailə heyatimda da iş həyatında da mesuliyyetliyem ama son donemler çox aqressiv ve diqqətsiz olmuşam her şey yadımdan çıxır iş həyatımda da işlədiyim sənədlərdə diqqətsizlikdən doğan səhvlər ortaya çıxır hərçənd ki əvvəl bele diqqətsiz unutqan deyildim sanki başımın içinde hava var ve o beynimi sanki boğur başımda ağırlıq hiss edirem

    1. Salam. Hər vaxtınız xeyir. Son zamanlar ortaya çıxdığını dediyiniz şikayətlər yəqin ki bir yorğunluq sindromunun və ya depressiyanın əlamətləri ola bilər. Məsləhətim psixiatra müraciət etməyinizdir. Bu xəstəliklər niyə yaranır, yaranmamağı üçün nələr etmək lazımdır kimi sualları saytdan xəstəliklər haqqında olan məqalə və videolardan məlumatlana bilərsiz.

  3. Salam doktor adamın 20 yaşı var 10 yaşında olanda psixoloji problemi olub belə ki, qorxub gözünə bəzi bəzi şeylər görsənir uzun bir prosedura müalicəsini etdik. İndi həm yuxu pozğunluğu var həmdə valideynlərinə qarşı bir düşmənçiliyi var. İnsan konkret olaraq ata anasını düşmən görür. Həkimə getməyə də heç cür razılıq vermir, yəni əlavədə bir çox problemləri var qalmışıq əlacsız bir durumda xahiş edirəm bizə bir məsləhət verəsiniz

    1. Salam. Psixi problemlərin bir çoxu 20 li yaşlarda ortaya çıxır, xüsusi ilə xronik gedişli olan xəstəliklər. Əgər bariz bir psixiatrik problem görülürsə, özünə və ya ətrafına zərər vermə ehtimalı varsa, xəstə həkimə gəlmək istəmirsə xəstə yaxınlarının həkimlə məsləhətləşməyi lazımdır.

  4. Salam həkim. Mənim qızım 11-ci sinifdə oxuyur. Müəllimləri test verir yazmaq üçün yaxşı yazır. Amma 2 ildir ki hər ay sınaq imtahanlarına gedir orda bildiklərini səhf yazır. Müəllimləridə biz də bundan çox narahatıq ki oxuduqlarını bildiklərini sınaqda səhf yazır. Həyəcan keçirtmədiyini deyir. Bunun psixoloji səbəbi ola bilərmi? Çox xahiş edirəm sualımı cavablandırardınız zəhmət olmasa.

    1. Salam, əgər bildiklərini imtahanda və ya sınaqlarda ortaya qoya bilmirsə bununla bağlı psixoloqa müraciət etməyi və çoxlu sınaq imtahanlarında iştirak etməyi ilk ağlıma gələn məsləhətlərdəndir.

  5. Salam hekim mende gunduzleri her sey nisbeten sakit normal olur pis dusuncelerim olur ama cox yox hava qaralanda axsama dogru butun menfi dusunceler beynimde gezir yatana kimi basimi neylese qatmaq isteyiremki yatim seher acilsin her sey yadimnan cixsin gece menfi dusunceler adami az qalsin deli edir bir seyler axtariramki basimi qatim sebebi ne ola biler

    1. Salam, çox guman ki sizdə depresiyya və təşviş pozuntusunun əlamətləridir. Saytda müvafiq adlar altındakı yazıları oxumaqda videoları izləməklə məlumatlana bilərsiz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir