Ən çox soruşulan suallar
Pasiyentləri ən çox maraqlandıran və narahat edən məqamlar
- Psixiatr kimdir?
6 il tibb universiteti və ya tibb fakültəsində təhsil aldıqdan sonra Azərbaycanda 2 il, inkişaf etmiş ölkələrdə 4 və ya 6 il Psixiatriya üzrə əlavə təhsil alaraq psixiatr ixtisasına yiyələnilir. Psixi və sosial faktorları nəzərə alaraq, müalicə planını fərdin ehtiyacına görə təyin edir, həmçinin dərmanla müalicəni həyata keçirir.
- Psixoloq kimdir?
4 il Psixologiya fakültəsində təhsil aldıqdan sonra psixoloq ixtisası alınır.
- Klinik psixoloq kimdir?
Psixologiya ixtisasından məzun olanlar 2 illik Klinik Psixologiya üzrə magistr təhsilindən sonra və ya müvafiq şəkildə yenidənhazırlanma şərti ilə başqa ixtisasa malik olanlar həm Klinik Psixologiya magistr (2 il), həm də doktorantura (4 il) təhsillərini başa vuraraq klinik psixoloq ixtisasına yiyələnirlər. Klinik psixoloq psixi xəstəlikləri olan insanlarla psixoloji məşğələlər və ixtisaslaşdığı sahədə psixiatr təyinatı ilə neyropsixoloji qiymətləndirməni həyata keçirir.
- Psixoterapevt kimdir?
Psixoterapiya (söhbət ilə müalicə) üzrə ixtisas təhsili almış psixiatr, psixoloq və ya müvafiq
şəkildə yenidənhazırlanma şərti ilə başqa ixtisasa malik olan biri psixoterapevt ola bilər. Psixoterapevt ixtisaslaşdığı sahə üzrə fərdi və ya qrup şəklində psixoterapiya (söhbət ilə müalicə) ilə məşğul olur.
Xeyr, antidepressant dərmanlar asılılıq əmələ gətirməz. Bu mövzu ilə bağlı saytımızın bir yazısında geniş yer ayırmışıq. Həmin paylaşımı bu keçidə daxil olaraq oxuya bilərsiniz: Antidepressant dərmanlar asılılıq əmələ gətirməz
Psixiatr bütün növ psixiatrik xəstəlikləri müalicə edir. Bu xəstəliklərin siyahısı səhifənin giriş hissəsində verilmişdir. Eyni zamanda bu xəstəliklərə nevroz adı altında olan bütün xəstəliklər aiddir. Xatırladım ki, nevroz psixi problemdir.
Evlilik qorxusun nece yenmek olar cox qorxuram
Salam, qorxunun səbəbini araşdırmaq sonra isə müalicə etmək üçün psixoloqa müraciət etməyinizdə fayda olar