skip to Main Content

Antidepressant dərmanlar asılılıq əmələ gətirməz

Antidepressant Dərmanlar Asılılıq əmələ Gətirməz

Antidepressant dərmanlar haqqında yanlış fərziyyələr

Xalq arasında, bəzi sayt və televiziyalarda, xüsusi ilə sosial şəbəkələrdə həkim olmayan insanlar tərəfindən antidepressant dərmanlar haqqında səhv məlumatlar yayılmaqdadır. Hətta bəzi məşhurlar səhv edərək, antidepressant dərmanların yerinə idman edin və ya filan tərkibli qidaları qəbul edin deyirlər.

Antidepressant dərmanlar kimlər tərəfindən istifadə olunmalıdır?

Ağır depressiya keçirən insan özünə qapanar, heç bir şeydən zövq almaz, yaşamağı mənasız görər. İştahı pozular, söhbət etməyi, danışmağı istəməz, yuxusu pozular, cinsəl istəyi azalar. Özünü dəyərsiz, işə yaramayan, lazımsız biri olaraq görər. Ümidsizliyə qapılar, heç bir şeyin yaxşı olmayacağına dair düşüncələrə qapılar. Çox vaxt ölüm istəyi, özünə zərər vermə düşüncələri hakimdir. İşlərini görmək istəmək bir yana, yerindən qalxmaq belə istəməz.

Belə bir xəstəyə veriləcək antidepressant dərman insanın həyatını qurtarır. Çünki depressiya müalicə edilməzsə, ağır nəticələri olan bir beyin xəstəliyidir. Antidepressant dərmanlar asılılıq yaratmaz. Lakin özlərini yaxşı hiss edən insanlar antidepressant dərman qəbul etsələr, özlərini daha yaxşı hiss etməzlər! Müalicə vaxtı istifadə edilən, antidepressant olmayan, bəzi dərmanlar asılılıq yaradır. Belə dərmanlar daha çox antidepressant dərmanların təsiri 3-4 həftə sonra ortaya çıxdığı üçün həddindən artıq həyəcan, yuxusuzluq üçün müvəqqəti istifadə edilən dərmanlardır. Həkimin dediyi qayda ilə qəbul olunarsa (müvəqqəti olduğu üçün), bu dərmanlar da asılılıq yaratmaz.

Bəs yanlış fərziyyələrin yaranmasının səbəbləri nələrdir?

Antidepessant dərmanları bəzən kəsilməməyinin səbəbi dərmanın deyil, xəstəliyin səbəbidir. Bunlar mövsümə bağlı təkrarlanan depressiya xəstəliyi, müqavimətli depressiya, davam edən stressli həyat tərzi ola bilər. Əlavə olaraq, psixiatrdan başqa qohum-qonşu məsləhəti ilə antidepressant qəbulu lazımsız dərman qəbuluna, bir çox halda başqa problemlərə və xronik depressiyaya səbəb ola bilir. Belə hallarda depressiya dərmanlarla biraz düzəlir, ancaq dərmanı kəsincə təkrar başlayır.

Antidepressant dərmanlar haqqında olan bir başqa fikir isə dərmanların beyinə zərər verməyi ilə əlaqəlidir. Halbuki, bütün elmi araşdırmalar müalicə olunmayan psixiatrik xəstəliklərin və ya müalicəsi yetərsiz olan depressiya xəstəliyinin beyin hüceyrələrinə zərər verdiyini sübut edib. Zaman keçdikcə bu zərərin artdığı, koqnitiv funksiyaları zəiflətdiyi göstərilmişdir. Antidepressant dərmanların isə depressiya xəstəliyinin verdiyi bu ziyandan qoruduğu göstərilmişdir.
Vaxtında qoyulan düzgün diaqnoz və verilən düzgün müalicə hər xəstəlikdə olduğu kimi, depressiya xəstəliyində də vacibdir. Depressiya xəstəliyi psixiatr tərəfindən və mütləq müalicə edilməlidir!

müəllif fuad bəşirov
Müəllif: Uzm. Psixiatr Dr. Fuad Bəşirov
Əlaqə telefonu: (+99455) 240 35 54
Back To Top