skip to Main Content

Klaustrofobiya nədir?

Klaustrofobiya Nədir?

Klaustrofobiya qapalı yerlərdə olmaqdan qorxma və ya həyəcanlanma deməkdir. Sanki çıxış tapa bilməyəcək hissi və boğulacaq düşüncəsi çox zaman hakim olur. Əgər kinoya getdiyinizdə sıxılma, darıxma hissi sizi bürüyür və ordan tez çıxmaq istəyirsizsə, və ya liftə minəndə lazımsız qorxu sizi bürüyürsə o zaman sizdə klaustrofobiya var deməkdir. 

 

Klaustrofobiyanın əlamətləri nədir?

Baş gicəllənməsi, əsmə, ürək döyüntüsü, nəfəs daralması, ürək bulanması, ölüm qorxusu, bayılma, reallıqdan uzaqlaşma kimi müxtəlif şəkillərdə narahatçılıq yarana bilər.

 

Klaustrofobiyaya nə səbəb olur?

Tətqiqatlar göstərir ki klaustrofobiya yaşanan travmadan sonra yaranır. Və ya bu vəziyyətə uzun müddət dar bir yerdə sıxışıb qalma, və ya uşaq ikən fiziki şiddətə məruz qalma səbəb ola bilər. 

 

Klaustrofobiya necə müalicə olunur?

Ən çox istifadə edilən psixoterapiya üsulu Koqnitiv Davranışçı Terapiyadır. Düşüncə, emosiya, davranışların dəyişdirilməsinə istiqamətlənmiş bu müalicə üsulu psixoterapiya üsulları arasında ən çox istifadə edilənidir. Eyni zamanda həyəcan, stress vəziyyətlərinin yüngülləşdirilməsi/ müalicə edilməsi üçün dərmanla müalicə də istifadə edilir.

Dr. Fuad Bəşirov

Psixiatr

müəllif fuad bəşirov
Müəllif: Uzm. Psixiatr Dr. Fuad Bəşirov
Əlaqə telefonu: (+99455) 240 35 54
Back To Top