Somatizasiya nədir? Somatoform pozuntular

somatizasiya nedir, somataform pozuntular

Somatizasiya nədir? Stres kimi psixi faktorların fiziki simptomlara (daha çox ağrı, ürək bulanması, boğulma hissi və s.) səbəb olması somatizasiya adlanır. Əgər belə simptomlar uzun müddət və şiddətli sıxınıtlara səbəb olursa, bu Somatizasiya pozuntusundan (xəstəlikdən) xəbər verir. Lakin belə pozuntuları olan insanlar adətən simptomlarının fiziki bir səbəbə bağlı olduğuna inanırlar.

Fiziki simptomlar psixoloji və ya emosional faktorlardan qaynaqlanırsa, bu somatizasiya adlanır. Məsələn, bir çox insanda zehni stressdən qaynaqlanan baş ağrıları vardır. Stress və digər psixi sağlamlıq problemləri, həmçinin sinə ağrıları, yorğunluq hissi baş gicəllənməyə, çiyin-kürək ağrılarına, ürək bulanma kimi başqa fiziki simptomlara da səbəb ola bilər.

İnsanın psixi vəziyyəti necə olur ki fiziki simptomlara səbəb olur?

Bu, ağıl və bədən arasındakı əlaqələr kompleksdir və tam başa düşülmür. Əgər biz somatizasiya ediriksə, o zaman zehni və ya emosional problemlərin bir hissəsi bir və ya bir neçə fiziki simptom olaraq ortaya çıxır. Bu zaman baş ağrısı, əzələ ağrısı, qarın ağrısı, qəbizlik, diareya və s. kimi baş verən fiziki simptomlar narahatçılığa səbəb ola bilər.

Somatizasiya necə başa düşülür?

Bəzən biz stress, gərginlik kimi psixoloji vəziyyətlərdən sonra ortaya çıxan fiziki simptomları bir-biriləri ilə əlaqələndirə bilirik. Məsələn, baş ağrısı, əzələ ağrılarını stresslə əlaqələndirə bilirik. Depressiya, həyəcan-təşviş pozuntuları da ürək döyüntüsü, qarın ağrısı, əllərdə ayaqlarda keyləşmə, yorğunluq kimi fiziki simptomlara səbəb ola bilir. Çox vaxt bu simptomların əhval ruhiyənin yaxşı olduğu zamanlarda düzəldiyinin şahidi oluruq. Ancaq biz baş verən bir çox fiziki simptomun psixi faktorlardan qaynaqlandığını düşünmürük. Və çox vaxt bu simptomlarla bağlı olan həkimə müraciət edirik.

Somatizasiya və funsional simptomlar

Bəzi həkimlər fiziki simptomlara səbəb olan hər hansı bir patologiyanın olmadığını aşkarladıqlarında bu simptomları “funksiyonal simptomlar” olaraq adlandırırlar. Funksional simptom bədəndə olan bir funsiyanın pozulma səbəbinin bilinmədiyi vaxt işlədilir. Ola bilsin ki, bu simptom psixi faktorlardan asılı olsun və ya həm fiziki, həm də psixi problemlər birgə olsun.

Somatoform pozuntular somatizasiyanın yüksək həddlərində ortaya çıxır. Artıq fiziki simptomlar uzun müddətdir davam etmiş və ya şiddətlənmiş olur və bir çox halda səbəbi tapılmamış olaraq qalır.

müəllif fuad bəşirov
Müəllif: Uzm. Psixiatr Dr. Fuad Bəşirov
Əlaqə telefonu: (+99455) 240 35 54