Travma sonrası strees pozuntusu
İnsanı həddindən artıq qorxudan, dəhşətlə bürüyən, çarəsizlik yaradan, çox vaxt anidən/gözlənilmədən gələn hadisələrin yaratdığı təsirlərə psixoloji travmalar deyilir.
İnsan həyatında kədər, kefsizlik yaradan hadisələr çox olar, ancaq bunların hərbiri psixoloji travma yaratmaz.
Hadisə- insanda qorxu, dəhşət, çarəsizlik yaradırsa,
Hadisədə- insanın və yaxınlarının ölüm və ya yaralanma riski varsa, psixoloji travma yaranır
Travma sonrası Stress Pozuntusunun yaranma ehtimalı yüksək olan hadisələr
Təbii fəlakətlərdə (zəlzələ, sel, daşqın)
İnsan əliylə həyata keçirilən. (müharibə, işgəncə, təcavüz )
Qəzalar (avtomobil, iş)
Gözlənilməyən ölümlər
Ölümcül xəstəliyə tutulma (kanser)
Psixoloji travmalar
- hamıya eyni cür təsir etmir
- çox vaxt yüngül formada xüsusi bir müalicəyə ehtiyac olmadan keçir
- bəzən müalicəyə ehtiyac yaranacaq qədər şiddətli olur.
- hamıya eyni cür təsir etmir
- çox vaxt yüngül formada xüsusi bir müalicəyə ehtiyac olmadan keçir
- bəzən müalicəyə ehtiyac yaranacaq qədər şiddətli olur.
- əvvəlcədən psixoloji problemləri olanlarda
- uşaqlarda və yaşlılarda
- psixoloji travmaya uzun müddətli məruz qalanlarda
- yaxın, ailə üzvlərinin travma nəticəsində itirilməsi zamanı
Simptomlar
-Hadisəni təkrar yaşama (insanın özündən asılı olmadan hadisəni təkrar təkrar xatırlamaq, yuxuda hadisə ilə bağlı kabus görmək, hadisəni təkrar hiss etmək, hadisəni xatırladan vəziyyətlərlə qarşılaşanda psixoloji narahatçılıq və ya fiziki simptomların olması )
misal. müharibədə yaralanan bir əsgərlə hadisədən 2 gün sonra söhbətdə “yanımıza düşən minaların səsin orda baş verənləri yemək yeyəndə, söhbət edəndə belə xatırlayıram”, yenə həmin əsgərin “yatsam mütləq yuxuda ora, əsgər yoldaşlarımın yanına qayıdıram, yenə partlayışları görürəm”. Yaxınını Covid xəstəliyindən itirən şəxsin “eşitsəm ki tanıdıqlarımdan kimsə Covidə yoluxub, çarəsizlik hissini və baş ağrısını çox şiddətli keçirdirəm”
Uzaqlaşma və ya robotlaşma (Hadisədən təsirlənən biri həmin hadisəni xatırladan yerdən, söhbətlərdən, həmin düşüncə və duyğulardan mümkün olduğu qədər uzaq dayanar. Hadisəni xatırlamaq sıxıntı, kədər, narahaçılıq, gərginlik verdiyi üçün həmin yerlərə getməz, hadisə haqqında danışılsa oradan uzaqlaşar.)
Misal. Yasmalda yaşayan bir şəxs Qələbə dairəsində yaşadığı avtoqəzadan sonra həmin ərazini görməmək üçün gündəlik 1 saat əlavə yol qət edirdi
-Əsəblərin həssaslaşması (yuxuya getməkdə, yuxunu davam etdirməkdə çətinlik, gərginliyin artması, tez əsəbiləşmə, pis hadisə olacaq hissi və/vəya bu pis hadisəyə hazır olmaq hissi, səksənmə, diqqəti toplamaqda və davam etdirməkdə çətinlik, səbirsizlik )
Covid pandemiyasından təsirləndiyini deyən bir şəxs “ yatmaq istədiyimdə sanki uçuruma düşürəm hissi yaşayıram, səhər qalxanda yuxudan yorğun qalxıram, xırda şeylər belə məni özümdən çıxardır, səbirsizləmişəm, işlərimi görməkdə çətinlik çəkirəm” şəklində şikayətlərin dilə gətirir
Psixoloji travmalar hansı xəstəliklərə yol aça bilər?
Major Depressiv Pozuntu
Travma sonrası Stress Pozuntusu
Somatofrom Pozuntu
Təşviş Pozuntusu
Emosiyonal sferanın təsirləndiyi digər pozuntularEmosiyonal sferanın təsirləndiyi digər pozuntular
Bipolar pozuntu
Psixotik hallar
Katatoniya və s.
Travma sonrası Stress Pozuntusu
Yuxusuzluq
Kabus görmə
Hadisə ilə bağlı xatirələrin xatırlanması vı narahatçılıq
Hadisənin təkrar baş verəcək düşüncəsi
Səksənmə
Tez əsəbiləşmə, özündən çıxma
Gələcəklə əlaqəli plan qura bilməmək
Reallıqdan qopma (başqaları məni anlamır hissi)
Hadisəni xatırladan vəziyyətlərdən narahat olma, uzaqlaşma
Psixoloji travmaya məruz qalan hər kəs bundan təsirlənir, ancaq..
Çox vaxt psixoloji travma insanı böyüdür
Çox vaxt ömür boyu unudulmur, eyni zamanda xatırlandığında narahatlıq vermir
Çox vaxt əlavə xəstəlik yaranmır
Bəzən xəstəlik yaranır, yaranan xəstəliklər çox vaxt müalicə ilə tam düzəlir
Bəzən yaranan xəstəlik xronikləşir
Travma sonrası böyümə (öyrənmə, yeni bacarıq əldə etmə, psixoloji inkişaf, bütünlük, özünə güvənmə)
-təmizlik, fərdi və sosial gigiyena
-elmin əhəmiyyəti (xəstəliyi vaxtında anlamaq, xəstəliyə qarşı peyvənd)
-birlik (müharibə vaxtı Ali Baş Komandan, Ordu, xalq birliyi)
-yardımlaşmaq (Əsgərə yardım, xəstəxanalarda könüllü yardımı)
-güclü olmaq
Müalicə prinsipləri
Ağırlaşmaların qarşısını almaq
Xəstəliyin müalicəsi
Xəstəlik müalicəsi fərdi qaydada, ilkin müayinə psixiatr tərəfindən aparılır, müalicə xəstəliyin diaqnozuna və gedişatına əsasən təyin olunur. Çox vaxt dərman vasitəsi və ya psixoterapiya ilə bəzən isə hər ikisinin birgə istifadəsi ilə aparılır.
Ağırlaşmaların qarşısını almaq
Zərər çəkən şəxsin şikayətlərinin davam etməyinə səbəb olan xətalı düşüncələri sağlam düşüncələrə dəyişdirmək (Onsuzda hamı yoluxacaq- əgər deyilənlərə əməl etsək yoluxma ehtimalı azdır. Düşmən yenə bomba ata bilər- müharibə qutardı, düşmənin atacaq bombası qalmadı vs )
Qorxmağı səbəbi ilə uzaqlaşdığı vəziyyətlərin üzərinə getməyi təşviq edilir. (Bomba atılmasından zərər görən biri, digər bütün şikayətləri düzəlməyinə baxmayaraq evinə girməyi yoxlamamışdı…)
Ağırlaşmaların qarşısını almaq
Psixoloji problemləri əksəriyyəti sağalan, bəziləri isə yaxşılaşma ilə nəticələnən problemlərdir.
Niyə problemlər həllsiz kimi görsənir?
1 Yaşanan problemlərin psixoloji olduğun bilmədikləri üçün və ya şikayətlərin öz gücsüzlüklərinə və ya iradə zəifliklərinə əsaslandırdıqları üçün
2 Şikayətlərinin müalicə ilə düzəldiyin bilmirlər
3 Müalicəni kim edir, necə edir haqqında məlumatsızlıq
4 Maddi imkanları olmadığı üçün
5 Şikayətlərin danışmağa utandıqları üçün
Əngəllər
Kömək almağa çəkinmək
Ümidsizlik
Hadisəni xatırlamaqdan çəkinmək
İnsanlara olan güvəni itirmək
