skip to Main Content

Deliriyum nədir?

Deliriyum Nədir?

Deliriyum diqqətin, qavramanın, oreyentasiyanın pozulması ilə gedən, orqanik mənşəli olub şuurun dalğalı şəkildə pozulması halıdır. Dalğalı şəkildə deyilməyinin səbəbi günün bəzi saatlarında (daha çox axşam və gecə saatlarında) pisləşmə, sonra normal vəziyyətə qayıtma halı ilə müşahiyət olunur. Deliriyum vəziyyəti, beyinin bədənin xəstəliyinə verdiyi sanki bir SOS siqnalıdır. Əgər orqanik səbəb müəyyən olunub, müalicə olunmazsa deliriyum davam edir və çox vaxt ölümlə nəticələnir. Kimlərdə deliriyum yaranma ehtimalı daha böyükdür? – yaşlılar, demensiyası olanlar, müxtəlif səbəblərdən uzun müddət xəstəxanada, xüsusi ilə reanimasiya şöbəsində yatan xəstələr və s..

 

Deliriyumu hansı əlamətlərlə tanımaq olar?

Yaşlı insanların anidən aqressivləşməsi, gecə yuxularının pozulması, xarakterinə xas olmayan hərəkətlərin izlənilməsi

Xəstə verilən sualı unudub, sual ilə əlaqəsi olmayan şeylərdən danışması,

Tibb bacısı, həkimlərin və ya yaxınlarının ona zərər verə biləcəyi düşüncəsi ilə müalicə almaqdan imtina etməsi,

Tibbi prosedurların icrasına imkan vermirsə, damar yolunu , oksigen maskasını çıxarmağa cəhd etməsi,  

Xəstəliyinə qarşı münasibətinin uyğun olmaması,

Zamanı- ayın tarixini, olduğu yeri və ya əvvəlcədən tanıdığı insanları tanıya bilməmə, qarışdırma olması

və bu kimi müxtəlif halların günün müxtəlif saatlarında, xüsusi ilə axşam saatlarında  baş verib, gunduz saatlarında təkrar normal vəziyyətə qayıtması deliriyum vəziyyətinin göstəricilərindəndir.

 

Deliriyumun səbəbləri nələrdir?

Bu səbəbləri zəmin yaradan faktorlar və ortaya çıxaran faktorlar olmaqla iki qrupa ayırmaq olar.  Zəmin yaradan faktorlara 65 yaşdan böyük olma, demensiya, depressiya, görmədə eşitmədə problemlər, normal qidalanmama, alkaqollu içkidən uzun müddətli istifadə, xronik xəstəliklər və s. Ortaya çıxaran səbəblərə isə müxtəlif dərmanlar, eyni zamanda çoxlu dərman istifadəsi, infeksion xəstəliklər, anemiya, hipoksiya, əməliyyatlar, emosiyonal stress və s.

 

Deliriyum zamanı nə etməliyik?

Nəbz, təzyiq, temperatur ölçülməli, dəyişmələr var isə səbəbi araşdırılıb müalicəyə başlanmalı, psixiatra konsultasiya edilməli, altda yatan orqanik səbəb araşdırılmalıdır.  

müəllif fuad bəşirov
Müəllif: Uzm. Psixiatr Dr. Fuad Bəşirov
Əlaqə telefonu: (+99455) 240 35 54
Back To Top