skip to Main Content

Azərbaycanın tuta bilmədiyi yası

Azərbaycanın Tuta Bilmədiyi Yası

Azərbaycanın tuta bilmədiyi yası

Yas haqqında giriş olaraq bir yazı yazmışdım deyə təkrar yasın nə demək olduğunu izah etmədən, tuta bilmədiyimiz bir yasdan yazmaq istədim..

Son 3 əsrdə bir xalqın yaşadığı (psixoloji mənada doğrusun anlamaq istəsək- yaşaya bilmədiyi) faciələrin sayısı çox, açdığı yara çox dərindir. 19 əsrdə Gülüstan müqaviləsi ilə başlayan, Türkmənçay müqaviləsi ilə iki yerə parçalanmasının əsası qoyulan, 20 ci əsrin əvvəllərində müxtəlif dövlətlər tərəfindən işğal edilən, aclıqdan, səfalətdən əziyyət çəkən bir xalq… Bu xalqın ziyalıları dirçəlmək üçün, öz ayaqları üstündə durmaq üçün qısa zamanda qəzetlərin, jurnalların açdı, əlifbasını dəyişdi, özünü tənqidə başladı… Zamanının siyasi, idealoji, psixoloji şəraiti altında qısa bir zamanda bir dövlət qurdu. Hansı ki, şimalında və cənubunda yüz illər at oynatmış, və oynadan iki nəhəng imperiyanın qonşuluğunda, şərqdə ilk demokratik dövlət, günümüzdə insan haqq və hüquqlarından dünyaya dərs verənlərdən daha öncə insana, qadına hüqüq tanıyan bir dövlət. Birinci dünya müharibəsi aclığı, müsəlman qırğınından daha çıxmamış amma təhsil, millətin gələcəyi üçün yüzlərlə gənci dövlət və xeyiriyyəçi insanları tərəfindən xaricə elm dalıyca göndərə bilən bir dövlət. Paytaxtı əsarətdə ikən hökümət quran, bayrağını yaradan, ordusunu quran bir dövlət. 23 aylıq bir vaxtda bu xalqın artıq öz dövləti, öz bayrağı, öz qanunları, öz ordusu, öz təhsili, digər ölkələrdə nümayəndəliyi kimi xalqa qürur verən bir çox müvəffəqiyəti vardı, bir xalq bu olanları ilə daha irəliyə gedəcək, daha güclü olacaq, daha rahat yaşayacaqdı… keçmişini yada salacaq, faciələrinə üzüləcək, yas tutacaq, qalibiyyətlərinə sevinəcək zəfər bayramlarını qeyd edəcəkdi…. Bu dövlətin qurucusunun diliylə desək yoxdan qurulmuşdu, maddi yoxluq içində qurulmuşdu, şəhidlərin qanı, xalqın min bir əziyyəti ilə yaradılmışdı… 23 ay sürən bu dövlətdə xalq azad olmağı nə demək olduğunu anladı, sözü deməyi öyrəndi, haqq-hüququn nə olduğunu hiss etdi, özü üçün çalışıb, başqasına xərac vermədən yaşamağı daddı… bir xalq üçün bu müddət insan ömrüylə müqayisədə 1gün, 1 həftə kimi bjr şeydir.. çox qısadır amma yaşanan heçbir zövqün unudulmadığı kimi xalqın, toplumunda yaşadığı hisslər xalqın yaddaşına həkk olunur, unudulmur… təəssüf ki, çəkilən əziyyətin yorğunluğu çıxmadan, şəhidlərin qanı durmadan, qələmin mürəkkəbi qurumadan təkrar bir faciə…. bu dəfə ən böyük olanı, dadılan, hiss edilən, yaşanan və ya ümid edilən qurur mənbəyi qırılır.. xalq tərəfindən ən çox sevilən ziyalıları, mütəfəkkirləri, ən hörmətli kimləri varsa hamısı düşmən, satqın elan edilir, aşağılanır dolayısı ilə sadə, təhsilsiz millət nəyə inanacağına qərar verə bilmir, çaşır.. qınanılası da deyil çünki savadsız qalmış insanların yaşadıqları ilə deyilənlər üst üstə düşmür və belə olanda insan geridə qalanı unutmaqla çaşqınlıqdan çıxa bilir, və millətdə buna qərar verir, bəziləri bir azda qabağa gedib aşağılayanlara qoşulur… sovetlər qurulur, çoxlu vəədlər verilir… varlıdan alıb- kasıba verilir… üsyanlar, tabe olmaq istəməyənlər müqavimət göstərməyə davam edir… 1937 … xalqın müharibələrdən çıxmış, dövlət qurmuş, dövləti dağıdılmış bütün varlıları- (o zamanlar 3 inəyi olan varlı sayılardı yəqin) və tək ziyalıları deyil bütün təhsil alan insanları ya öldürülür ya sürgün edilir… bir xalq, millət üçün bundan faciəvi nə ola bilərki?! Xalqa yol göstərən, o yolda su, çörək verən heç kim yoxdursa, xalq necə olar?! Xalqdan insanlar öz yaxınlarının itkisinə üzülmək bir yana nə olduğun belə anlamadan nəyə məruz qaldığın anlamadan ikinci dünya müharibəsi ilə üz üzə qalmış olaraq ayıldılar, bu ayılmaq sadəcə ölüm, yox olmaq təhlükəsi yaratdığı üçün bir yerə gəlmək üçün zəmin yaratdı. Yenə insanlar yaxınlarınl itirdi yenə olmazın əzab- əziyyətlər…. bu qədər arxa arxaya faciə yaşayan insanlar artıq olana qane olmaq məcburiyyətində idilər. İnsan psixologiyası belədir, eyni istəyə görə bir neçə dəfə cəza alsa, cəzanın acısını unudana qədər eyni şeyi istəməz, istəməməyə də bir bəhanə ilə haqq qazandırar. Dolayısı ilə cəzanın əzabı keçənə qədər bir çox xalqlar kimi biz də sovetlərdə yaşamağa “qərar” verdik, və “sevməyə” başladıq. Vaxt keçir, bir dəfə yaşanan genetik yaddaşımızla ötürülən hisslər şərait yaranan kimi təkrar qabarır… yenə azadlıq istəyirik… öz dövlətimizin olmağını, öz bayrağımızı, öz gücümüzü, öz rahatlığımızı istəyirik… yenə bu istəkləri müharibə, aclıq, şəhid, soyqırımla yanaşı yaşayırıq. Psixologiyamıza şərti refleks kimi həkk olunub, limonu görəndə ağzımız turş hiss elədiyi kimi…. azadlıq, haqq-hüquq, rahat yaşamaq istəyəndə yadımıza müharibə, aclıq, hər qapıda bir şəhid, əzablı günlər düşür… bundan qurtulmağın yolu, itkilərimiz üçün təkrar təkrar üzülmək, danışmaq, anlatmaq, araşdırmaq, dərs çıxarmaq, qisas almaq! Zəfərlərimiz üçün bayram etmək, qürurlanmaq! Yaşanmayan yaslar yığıldıqca yas yaşanılmaz hal alır
Xocalı bizim qan yaddaşımızdır, Xocalı ilə barışmadan yola davam edə bilməmiz üçün… Xocalını şerimizlə, ədəbiyyatımızla, kinomuzla, böyüyümüz, kiçiyimizlə təkrar təkrar hiss etməli, yaşamalı, anlatmalı, qisasını da almalıyıq!
İnsan ölümlərini, itkilərini hiss etmədikcə, üzüntüsünü, kədərini yetərincə yaşamayınca üst üstə yığılan yaşanmayan yaslar insanın özünə çevrilir… insanın özünə hörməti azalır… özünə güvəni azalır… sabaha ümidi qalmır… ölməkdən başqa yol qalmır artıq..

Toplum, millət olaraq öz güvənimizin, özümüzə hörmətimizin, sabaha ümidimizin olması üçün bu keçmiş yaslarımızı təkrar, yeni olmuş kimi yaşamalıyıq!!!

“Azərbaycanın tuta bilmədiyi yası” adlı yarım qalmış yazımdan…

müəllif fuad bəşirov
Müəllif: Uzm. Psixiatr Dr. Fuad Bəşirov
Əlaqə telefonu: (+99455) 240 35 54
Back To Top