skip to Main Content

Məktəblərdə dini dərslər uşaqlara nə verəcək? femida.az saytına verdiyimiz açıqlama

Məktəblərdə Dini Dərslər Uşaqlara Nə Verəcək? Femida.az Saytına Verdiyimiz Açıqlama

Məktəblərdə dini dərslər uşaqlara nə verəcək? femida.az saytına verdiyimiz açıqlama

Psixiart Fuad Bəşirov da düşünür ki, din haqqında təhsil verilməsi yaxşı haldır. Çünki bu tədris peşəkarlar tərəfindən aparılacaq:

“Xüsusilə yeniyetməlik dövrünü nəzərə alsaq, görərik ki, bu vaxt insanın hissləri ön planda olur, nəinki məntiq. Həmin dövrdə məktəblilər dini cərəyanlara daha asan qoşula bilirlər. Odur ki, onların bu yaş dövründə mənfi hadisələrlə qarşılaşmaq ehtimalı yüksəkdir. Din haqqında düzgün tədris isə peşəkarlar tərəfindən aparılanda bir məqsəd olacaq: uşaqları düzgün şəkildə öyrətmək. Bu sadəcə dinə aid olan bir şey deyil, həm də psixiatiriyaya da aiddir.

İndiyə qədər dinlə bağlı tədrisin olmaması Sovet dövrünün təsirindən irəli gəlirdi. Sovetlər sosializmi ideologiya olaraq öyrədirdi. Amma indi belə bir ideologiya yoxdur. Ona görə insanlar ideologiyaya, bir hədəfin arxasınca getməyə ehtiyac duyur. Məhz bu səbəbdən son illər Azərbaycanda müxtəlif dini cərəyanların yayılması üçün münbit şərait formalaşdı. Ki, bu da heç də müsbət hal deyil. Amma din peşəkarlar tərəfindən öyrədiləndə uşaqlar düzgün olanı görüb özləri qərar verə biləcək.

Fuad Bəşirovun fikirlərinə görə, məktəbdə keçiriləcək dini dərslər inanc məsələsi ilə bağlı olmayacaq:

“Məsələn, riyaziyyatı ona inansınlar deyə keçmirlər. Yaxud, ədəbiyyatı və psixiatriyanı. Din də həmçinin ona inansınlar deyə keçilməz. Din bilgi olaraq verilməlidir. Biz məktəbdə bir şeyi ona inanaq deyə öyrənmirik, elmdir deyə öyrənirik. Məktəb inanc və təbliğat yeri deyil.

Dini tədrislə, din tədrisi arasında fərq var. Birində təbliğat olunur, birində məlumat verilir. Mən məlumat verilməsinin tərəfdarıyam. Hansı ki, burada ateizmdən də, xristianlıqdan da, şərq mədəniyyətindən də tədris etmək lazımdır. Məktəbdə dinin təbliğatı, yaxud əksinə ateizmin təbliğatı və s. bu kimi şeylər qətiyyən olmaz. Çünki bu vaxt yönləndirmə baş verir, insanlarda sürü psixologiyası yaradılır. Amma din haqqında məlumat verilməsi o cəhətdən yaxşıdır ki, insanlar öz düşüncəsi ilə müstəqil şəkildə din haqqında psixologiya formalaşdırır. Sırf din tədrisi isə yalnız və yalnız məktəb yaşından sonra aparıla bilər ki, bu da universitetlərdə mümkündür. Ki, onsuz da Azərbaycan İlahiyyat İnstitutu var.

Qeyd edək ki, Təhsil Nazirliyi də məsələyə münasibət bildirib:

“2019-2020-ci tədris ilindən IV-VIII sinif şagirdlərinin dini biliklərin daha geniş şəkildə yer aldığı təkmilləşdirilmiş «Həyat bilgisi» dərsliklərindən istifadə etməsi nəzərdə tutulur. Hazırda həmin dərsliklər Təhsil Nazirliyi tərəfindən ictimai müzakirəyə çıxarılıb.

O ki qaldı ali təhsil müəssisələrinə, təhsil naziri Ceyhun Bayramovun “Bakalavriat səviyyəsi üzrə ixtisasların təhsil proqramlarına dəyişiklik barədə” əmrinə əsasən, 2019-2020-ci tədris ilindən etibarən bakalavriat səviyyəsi üzrə “Multikulturalizmə giriş” fənninin proqramına “Dinlər tarixi” adlı mövzuların daxil edilməsi təmin ediləcək. “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisaslarının yer aldığı ali təhsil müəssisələrində isə “Dinlər tarixi” fənni ayrıca fənn kimi tədris olunur”.

müəllif fuad bəşirov
Müəllif: Uzm. Psixiatr Dr. Fuad Bəşirov
Əlaqə telefonu: (+99455) 240 35 54
Back To Top