skip to Main Content

Unutqanlığın yaratdığı ailə dramı

Unutqanlığın Yaratdığı Ailə Dramı

Ana, ata, oğul, gəlin və iki nəvənin olduğu bir ailə… 3 il əvvəl 63 yaşında ana gizlətdiyi pulqabısını tapmayınca gəlininin götürdüyünü iddia edir və 6 ildir eyni evdə yaşadıqları gəlin birdən birə “oğru” mövqeyinə düşür…

Ata “40 illik yoldaşınamı inansın yoxsa 6 illik gəlinə” sualı qarşısında yoldaşını seçir… Oğul sevib evləndiyi yoldaşının, uşaqlarının anasından bu hərəkəti gözləmədiyin dilə gətirsə belə seçimi anasından tərəf olur… Gəlin isə…. Sevdiyi yoldaşından edilən haqsızlığa baxmayaraq ayrılıb öz atasıgilə qayıtmaq yerinə yoldaşının maddi dəstəyi ilə kiraya ev tutub, uşaqları ilə yaşamağı seçir…

Təxminən 3 il sonra ana qrip xəstəliyinə tutulur, xəstəlik ağırlaşır xəstəxanada yatıb müalicə alır. Xəstəxanda ikən axşam vaxtları ortaya çıxan “atamı tanımırdı, məni qardaşlarımla qarışdırırdı…” deyir oğlu… Ana qripin ağırlaşmasından sağalıb evə qayıdır.

Yaxınlarını qarışdırma, tanıya bilməmə kimi hallar çox az-az və yüngül formada olsa da artıq, yeməkləri bişirmədə çətinlik- duzsuz bişirmə, tez-tez yandırma, eyni sualı unudub təkrar təkrar soruşma kimi hallar baş verincə evə kömək lazım olur… Gəlin evinə qayıdır…

Alzheimer xəstəliyi unutqanlıqla başlayır, qoyulan əşyaların yerin unutma, yemək yandırma, eyni sualı təkrar təkrar soruşma kimi şikayətlərlə başlayır.. Xəstənin isə unutqanlığından xəbəri yoxdur…

Muayinəyə ana, oğul və gəlin gəlmişdi…

Nəticə.

1. Qərar verməkdə tələsməmək lazımdır.

2. Birisindən gözləmədiyiniz hərəkətləri görüncə psixiatra müraciət etməyiniz vəziyyəti anlamaqda və mümkün qədər qarşısın almaqda kömək edər.

müəllif fuad bəşirov
Müəllif: Uzm. Psixiatr Dr. Fuad Bəşirov
Əlaqə telefonu: (+99455) 240 35 54
Back To Top