Ən çox soruşulan suallar

Pasiyentləri ən çox maraqlandıran və narahat edən məqamlar

Psixoloq, psixiatr, psixoterapevt arasındakı fərq nədir?
  • Psixiatr kimdir?

6 il tibb universiteti və ya tibb fakültəsində təhsil aldıqdan sonra Azərbaycanda 2 il, inkişaf etmiş ölkələrdə 4 və ya 6 il Psixiatriya üzrə əlavə təhsil alaraq psixiatr ixtisasına yiyələnilir. Psixi və sosial faktorları nəzərə alaraq, müalicə planını fərdin ehtiyacına görə təyin edir, həmçinin dərmanla müalicəni həyata keçirir.

  • Psixoloq kimdir?

4 il Psixologiya fakültəsində təhsil aldıqdan sonra psixoloq ixtisası alınır.

  • Klinik psixoloq kimdir?

Psixologiya ixtisasından məzun olanlar 2 illik Klinik Psixologiya üzrə magistr təhsilindən sonra və ya müvafiq şəkildə yenidənhazırlanma şərti ilə başqa ixtisasa malik olanlar həm Klinik Psixologiya magistr (2 il), həm də doktorantura (4 il) təhsillərini başa vuraraq klinik psixoloq ixtisasına yiyələnirlər. Klinik psixoloq psixi xəstəlikləri olan insanlarla psixoloji məşğələlər və ixtisaslaşdığı sahədə psixiatr təyinatı ilə neyropsixoloji qiymətləndirməni həyata keçirir.

  • Psixoterapevt kimdir?

Psixoterapiya (söhbət ilə müalicə) üzrə ixtisas təhsili almış psixiatr, psixoloq və ya müvafiq
şəkildə yenidənhazırlanma şərti ilə başqa ixtisasa malik olan biri psixoterapevt ola bilər.  Psixoterapevt ixtisaslaşdığı sahə üzrə fərdi və ya qrup şəklində psixoterapiya (söhbət ilə müalicə) ilə məşğul olur.

Antidepressant dərmanlar asılılıq əmələ gətirirmi?

Xeyr, antidepressant dərmanlar asılılıq əmələ gətirməz. Bu mövzu ilə bağlı saytımızın bir yazısında geniş yer ayırmışıq. Həmin paylaşımı bu keçidə daxil olaraq oxuya bilərsiniz: Antidepressant dərmanlar asılılıq əmələ gətirməz

"Psixiatr dəliləri, nevropatoloqlar isə nevrozları müalicə edir." - Bu fikir doğrudurmu?

Psixiatr bütün növ psixiatrik xəstəlikləri müalicə edir. Bu xəstəliklərin siyahısı səhifənin giriş hissəsində verilmişdir. Eyni zamanda bu xəstəliklərə nevroz adı altında olan bütün xəstəliklər aiddir. Xatırladım ki, nevroz psixi problemdir.

Əlavə suallarınız varmı?

Aşağıdakı formdan suallarınızı Dr. Fuad Bəşirova ünvanlaya bilərsiniz. Suallar cavablandıqdan sonra saytda paylaşılmaqdadır. Suallara verilən cavablarla bağlı email ünvanınıza bildiriş göndəriləcəkdir.

Suallar təsdiqləndikdən sonra saytda paylaşılmaqdır.
Bu yazıya ərh yazılıb
  1. Salam məne kömək edin çox pisəm. Deməli Elnur bəy. Hər kəs məndən qaçır bilmirem səhv mendedi men nə edirəm bibim qızları dayım qızları subay ikən meni axdarirdilar am indi yox bibim qizlari mən qohumu ola ola kənar adamları təbrik edir ama.men habuki yaxın doğma qohumuyam hətta qaynanam belə menimlr dalaşır sebeb mendedi

      1. Salam doktor.
        Mən dərdimi nevropatoloqa danışıram resept yazır deyir bunu elə, psixiatra danşıram resept yazır deyir bunu elə.
        Əgər mənim xəstəliyim nevropatoluqluqdursa pisixatir deməlidirki mənim yanıma gəlmə nevropatoloqa get və yaxud xəstəliyim pisixatiriyaya aiddirsə nevropatoloq deməlidirki pisixatıra get.
        İndi mən bilmək istəyirəm ki mənim dərdimin çarəsi hardadır

        1. Salam, doğru deyirsiniz, əgər mövcud şikayətlər müraciət edilən həkimin sahəsinə aid deyilsə mütləq ixtisaslı həkimə istiqamətləndirməyi lazımdır. Siz müraciət etdiyiniz həkimə sizə qoyulan diaqnozu soruşa bilərsiz və bu diaqnozun hansı ixtisas həkimin sahəsinə aid olduğunu soruşa bilərsiz.

        1. Salam, Ezofagial Reflü xəstəliyinin yaranma səbəblərindən biri də əsəbdir. Qastroeneteroloq həkimlə birgə psixiatrın da müalicəsini almaq faydalı olur.

  2. Salam hekim .Mende durduq yere ureyim doyunur dehwet yerinden cixir elece .hemin an tezyiqimde qalxir dehwet qorxuram öleceyimi duwunurem.Butun gunde icimde qorxu varki yene olacaq ele yene ureyim yerinden cixacaq. Eseblewib elemirem tam sakit halimda baw verir bu hal deli oluram tecili yardima yigin deyirem ..tecili yardim gelene kimi duzelirem urek doyuntum normala donur tezyiqim normal olur. Ne ede bilerek hemim cox pis haldi bu

    1. Salam, sadaladığınız şikayətlər panik atak xəstəliyinin əlamətləridir, psixiatra müraciət etməyinizi məsləhət görürəm, çox panik atak müalicəsi öz effektini ilk həftələrədən göstərir

      1. Salam. Təzyiq varsa kardioloqa müraciət edin, əgər ürəklə və damar sistemi ilə əlaqəli bir problemin olmadığını desələr o zaman psixiatra müraciət edə bilərsiniz

  3. Salam həkim.antidepressantlarin birden kəsilməsi depressiyaya səbəb ola bilərmi?mən obsessiv kompulsiv sindroma görə müalicə alırdım.ama dərmanları birdən kəsdim.sonra depressiyaya düşdüm .bu dərmanları kesdiyim üçün ola bilərmi?xaiş edirəm cavab yazardız.çox sağolun….

    1. Salam, antidepressant dərmanların kəsilməsi depressiya xəstəliyi yaratmaz. Dərmanlar kəsildikdən sonra xəstəlik başlayırsa yetərsiz müalicə alınıb deməkdir

    1. Salam, Sarışan hallar nevrozu və ya müasir adı ilə obsessiv kompulsiv pozuntu çox vaxt yeniyetməlikdən müxtəlif dərəcəli şikayətlərlə başlayır, və uzun illər çəkir, düzgün müalicə alınmadıqda xronikləşmə ehtimalı daha çoxdur. Yaranma səbəbləri çox müxtəlifdir. Saytımızın axtarış bölməsinə xəstəliyin sözlərindən bəzilərin yazıb müvafiq məqaləni oxuya bilərsiz

    1. Salam, bütün xəstəlikərdə olduğu kimi, müalicə edilmədiyində ağırlaşma, xronik hala keçmə vəya öz özlüyündən düzəlmə ehtimalı da var az da olsa

  4. salam doktor. mən klaustrofibayadan əziyyət çəkirəm. qapalı məkan və hətta təyyarə qorxusu belə var. artıq bu xəstəlik tədricən insanlarla münasibətlərimə də təsir edəcək dərəcədə kəskinləşib. bununla bağlı hansısa yöntəmləriniz varmı?

  5. Salam Dr sizi sualim budur ki men yalniz qalanda oz ozumle danisiram qiraqdan mene musahite edenler deyir yuxuda tez tez dereye dusub ter suyun icinde ayiliram tenginefeslikde olur . Yuxudan ayilianda çasqin kimi oluram olduqum yeri gec deqiqlesdirem

  6. Doktor salam. Mənim oğlum 7 yaşındadır və artıq 2 ci sinfə gedir. Bizim problemləriiz bitmir istər məktəbdə olsun, istər evdə olsun.
    Bir çox paixoloqun müayinəsindən də keçmişik. Biri hətta dərman tedavisinə başlamağımızın daha doğru olacağını söylədi. Ancaq yoldaşım uşağa antidepressantdır deyə dərman verməyə icazə vermədi. Məktəbdə dərslərində geriləyir. Müəlliməyə qulaq asmaqda çətinlik çəkir. Çox güclü diqqət əksikliyi var. Müəlliməsi dərsdə heç bir problem yaratmadığını sakit oturduğunu deir sadəcə dərslərə qulaq asmır və fikri daim haralardadırsa. Belə uşaqlara dərman verilməyi nə dərəcədə düzgündür. Akademik cəhətdən daha keyfiyyətli nəticələr əldə edə bilməsi üçün. Mən bu dərmanı da araşdırdım. Əslində bu antidepressant olmadığını sadəcə uşağın fikirlərini bir yerə toplamasına yardımcı olacağını öyrəndim. Siz nə düşünürsünüz belə uşaqlara mən də öz övladıma necə yardımcı ola bilərəm?

  7. Salam adim Xalidə 24 yasim var xahis edirem mene komek edin mene bilmek isteyiremki menim diaqnozum bipodu yoxsa nevroz .
    Men bezmisem muxtelif insan olmaqdan gah bir hefte melek oluram gah bir defe pis insan oluram bir defe her seyden qorxuram birdefe hecneden qormuram ruske gedirem ele vaxt olur yemek yemirem ele vaxt olur dehset yemek yeyirem ele vaxr olur yatmiram ele vaxt olur yatiram inanin bezmisem bir insanin icinde nece cur insan olar axi men bu prablemimi yazdim turk hekimine bipo dedi mene ola bilermi nevropatoloqa men bir il bundan qabaq.nefes kesilmesiyle getdim oda menə panik ataq nevroz dedi icdiyom dermablar finlepsil eqloniq afobazol antidep estolam iyneler ama 6 aydi hecne icmirem fikir veremki coxalib mende inanin bir hefte bundan qabaq melek kimi insan idim 3 gundu isde tamam basqa adamam zehlem gedir is yoldaslarimdan hev kimle danismiram sanki menə dunyanin en boyuk zerbesini vurublar sora bu bitecek kececeyem aglayaxam ele vaxt olur bir gunun icinde deyisir xasiyyetim nedi men bilmirem bu xahis edirem menim diaqnozumu deyinde nedi bu neden olur

    1. Salam. Saydığınız şikayətlər daha çox depressiv insanın şikayətlərinə oxşayır. Psixiatrik xəstəliklərin diaqnozu psixiatrik muayinədən sonra qoyulur

      1. Salam . Men olumnen cox qorxuram ve ailemnen birin itirmekden cox qorzuram oturdugum yerde heyacan elimde keyime terleme qizarma olur , geceler yuxum gelir yatmag istediyim anda amcaq ozumuntabutda gorurem aparillar defn edecekler ve yaxuddaki ailemnen kimise ele gorurem ve durub otururam yuxum gelsede yata bilmirem artiq her an pis xeber ewidecem nese olacaq mis kimi oluram hansisa bir yerim agriyanda onu cox boyuk xestelikmis kimi gebul edirem ailemi oyadiram yuxudan durun men artiq olurem deyesen . 2 il once panik atak idim deploram s icirdim sonra aniden buraxdim dermani yazsi idim ama indi yenede pisem . Men xosbext deilem xosbext ola bilmirem hamd olsun Allah a her sey var maddi imkan istediyimi ala bilirem istediyim yere gedirem ama men tekem sevgisizem heyata maragim qalmayib artiq menim derdim nedi uje ozumde bilmirem .

      2. Salam dr.Oğlum 7yaşındadır.2ci sinifdə oxuyur.Ossimo sendromu tehsisi qoyulub və psixiatr deploram s damla yazıb.
        Bu yaşda uşağa antidepressant vermək doğrudurmu?

  8. Hər vaxtınız xeyir, doktor. Mənim həyatda demək olar ki, heç bir problemim yoxdur, Hər bir sahədə, həm təhsil, həm ailə həyatı, həm karyera yüksək nailiyyətlər əldə etmişəm. Məni əhatə edən insanlar, yaxınlarım da gözəl insanlardılar, anlayışlı, sağlam baxışlı. Mənim sevdiyim və məni sevən həyat yoldaşına sahibəm, gözəl övladlarımız var . Lakin buna baxmayaraq mən daima neçəsə əksiklik, boşluq, nəyinsə həyatımda yoxluğu hissi ilə yaşayıram. Nəticədə çox vaxt əhvalım korlanmış, əldə etdiklərimin dəyərini tam olaraq dərk etməmiş halda oluram. Bu hal mənə əziyyət edir, gündəlik həyatımın keyfiyyətini aşağı salır. Bu hal nəyin əlamətləri ola bilər?

    1. Salam, hər vaxtınız xeyir. Qrip xəstəliyinin pul, təhsil, yaşayış yeri, ev-uşaqla əlaqəsinin olmadığı kimi, bir çox psixiatrik xəstəliklərin də bunlarla əlaqəsi yoxdur. Sizə məsləhətim psixiatr muayinəsinə yazılmaqdır.

Uzm. Dr. Fuad Bəşirov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir