Ən çox soruşulan suallar

Pasiyentləri ən çox maraqlandıran və narahat edən məqamlar

Psixoloq, psixiatr, psixoterapevt arasındakı fərq nədir?
  • Psixiatr kimdir?

6 il tibb universiteti və ya tibb fakültəsində təhsil aldıqdan sonra Azərbaycanda 2 il, inkişaf etmiş ölkələrdə 4 və ya 6 il Psixiatriya üzrə əlavə təhsil alaraq psixiatr ixtisasına yiyələnilir. Psixi və sosial faktorları nəzərə alaraq, müalicə planını fərdin ehtiyacına görə təyin edir, həmçinin dərmanla müalicəni həyata keçirir.

  • Psixoloq kimdir?

4 il Psixologiya fakültəsində təhsil aldıqdan sonra psixoloq ixtisası alınır.

  • Klinik psixoloq kimdir?

Psixologiya ixtisasından məzun olanlar 2 illik Klinik Psixologiya üzrə magistr təhsilindən sonra və ya müvafiq şəkildə yenidənhazırlanma şərti ilə başqa ixtisasa malik olanlar həm Klinik Psixologiya magistr (2 il), həm də doktorantura (4 il) təhsillərini başa vuraraq klinik psixoloq ixtisasına yiyələnirlər. Klinik psixoloq psixi xəstəlikləri olan insanlarla psixoloji məşğələlər və ixtisaslaşdığı sahədə psixiatr təyinatı ilə neyropsixoloji qiymətləndirməni həyata keçirir.

  • Psixoterapevt kimdir?

Psixoterapiya (söhbət ilə müalicə) üzrə ixtisas təhsili almış psixiatr, psixoloq və ya müvafiq
şəkildə yenidənhazırlanma şərti ilə başqa ixtisasa malik olan biri psixoterapevt ola bilər.  Psixoterapevt ixtisaslaşdığı sahə üzrə fərdi və ya qrup şəklində psixoterapiya (söhbət ilə müalicə) ilə məşğul olur.

Antidepressant dərmanlar asılılıq əmələ gətirirmi?

Xeyr, antidepressant dərmanlar asılılıq əmələ gətirməz. Bu mövzu ilə bağlı saytımızın bir yazısında geniş yer ayırmışıq. Həmin paylaşımı bu keçidə daxil olaraq oxuya bilərsiniz: Antidepressant dərmanlar asılılıq əmələ gətirməz

"Psixiatr dəliləri, nevropatoloqlar isə nevrozları müalicə edir." - Bu fikir doğrudurmu?

Psixiatr bütün növ psixiatrik xəstəlikləri müalicə edir. Bu xəstəliklərin siyahısı səhifənin giriş hissəsində verilmişdir. Eyni zamanda bu xəstəliklərə nevroz adı altında olan bütün xəstəliklər aiddir. Xatırladım ki, nevroz psixi problemdir.

Əlavə suallarınız varmı?

Aşağıdakı formdan suallarınızı Dr. Fuad Bəşirova ünvanlaya bilərsiniz. Suallar cavablandıqdan sonra saytda paylaşılmaqdadır. Suallara verilən cavablarla bağlı email ünvanınıza bildiriş göndəriləcəkdir.

Suallar təsdiqləndikdən sonra saytda paylaşılmaqdır.
Bu yazıya ərh yazılıb
  1. Salam həkim. Mənim qızım 11-ci sinifdə oxuyur. Müəllimləri test verir yazmaq üçün yaxşı yazır. Amma 2 ildir ki hər ay sınaq imtahanlarına gedir orda bildiklərini səhf yazır. Müəllimləridə biz də bundan çox narahatıq ki oxuduqlarını bildiklərini sınaqda səhf yazır. Həyəcan keçirtmədiyini deyir. Bunun psixoloji səbəbi ola bilərmi? Çox xahiş edirəm sualımı cavablandırardınız zəhmət olmasa.

    1. Salam, əgər bildiklərini imtahanda və ya sınaqlarda ortaya qoya bilmirsə bununla bağlı psixoloqa müraciət etməyi və çoxlu sınaq imtahanlarında iştirak etməyi ilk ağlıma gələn məsləhətlərdəndir.

  2. Salam hekim mende gunduzleri her sey nisbeten sakit normal olur pis dusuncelerim olur ama cox yox hava qaralanda axsama dogru butun menfi dusunceler beynimde gezir yatana kimi basimi neylese qatmaq isteyiremki yatim seher acilsin her sey yadimnan cixsin gece menfi dusunceler adami az qalsin deli edir bir seyler axtariramki basimi qatim sebebi ne ola biler

    1. Salam, çox guman ki sizdə depresiyya və təşviş pozuntusunun əlamətləridir. Saytda müvafiq adlar altındakı yazıları oxumaqda videoları izləməklə məlumatlana bilərsiz

        1. Salam, hamiləlik sonrası analarda hormonal dəyişmələr, yuxusuzluq, stress halı kimi müxtəlif səbəblərdən psixiatrik problemlər yarana bilər, əksərən müalicə ilə ana tam əvvəl ki halına qayıdır. Məsləhətim psixiatra müayinə olunmağınızdır

    1. Salam, evlilikdən öncə də uşaq istəmirdi ya evlilikdən sonra istəməməyə başladı, çoxlu səbəbləri olar, əgər bir yerdə bu mövzuları danışmaq çətindirsə ailə psixoloqu ilə birgə söhbət edib aydınlaşdıra bilərsiz

  3. Salam hekim .Men nevroz xestesiyem onubilirem mualicede almisam.Ama men nue yeriyende meni ele bil tok vurur.?Beynime ancaq pis fikrler gelir umidsiz oluram herseye hevesim yoxdu bu yenemi qayidib panik atakligim?xahis cevap yazardiz

    1. Salam. Müasir psixi xəstəliklərin təsnifatında nevroz xəstəliyi diaqnozu artıq yoxdur, məsləhətim əvvə müalicəsindən fayda gördüyünüz həkiminiz müayinə və müalicəsini davamlı etdirin

  4. Salam dr. Men cinsi elaqe zamani fikrimi cemliye bilmirem demek olarki hecne fikirlewe bilmirem buna gorede hisslerim ölür ve netice olmur zehmet olmasa deyerdiz menim psixoloji prablemim var? Yoxdusa uroloqla meslehetleşim

  5. Salam doxdur sizi marahat edirem zehmet oasa bizeelumat vererdiz imkan varsa menim niwanlim yuxusuzluqdan ezyet cekir son vaxtlarda ve c9x eseblewir her weye aqliyir geceler yata bilmir bu meni ve aylesin marahat edir bu meden yarana biler ve mece biz ona komek ede bilerik geceler hec cir yata bilmir yatsa da cox tez ayilir ve gun erzinde olub kecen yawanan gorduyu her me varsa yadna duwur fikirlewir tam yuxusu pozulur

    1. Salam, demək olar ki bütün psixiatrik xəstəliklərdə yuxu sistemi pozulur, məsləhətim gecişmədən psixiatra müayinə etdirin.

  6. Salam cox xais edirem cavablandirasiniz həkim mən butun gunu ac acina gezirem 22 yasim var ureyim hecnə isdəmir qolumda keyimə olur birde axir vaxdlar ureyimin doyuntusi coxalir cpx eseb kecirdirem stres yasayiram ozumə cox qapanmişam

    1. Salam, yaxşı bildiyiniz bir terapevtə müayinə olunun əgər orqanik bir probleminizin olmadığını qeyd etsələr o zaman psixiatra müayinə oluna bilərsiz, əgər problem psixiatrikdirsə, hər vaxt düzəlir

    1. Salam, təzyiq dəyişmələri üçün ilkin olaraq kardioloqun müayinəsi lazımdır, eyni zamanda psixiatrik hallarda, əsəb gərginliyi kimi, təzyiq dəyişmələrinə səbəb ola bilir.

  7. Salam.Menim qizim 19 yasli durmadan yalan danışır. Defelerle yalanini üzə çıxarmışam xeyri yo du.Yalani ele ustaliqla deyir ki inanmamaq mumkun deyil .Ne edim nece edim? Etibarim güvənim ona qarşı itib.Meslehet verin bu durumdan nece cixardim onu.

    1. Salam, qızınızı atası ilə bir yerdə psixiatra və ya psixoloqa aparın, yəqin ki psixiatrın və ya psixoloqun valideyinlərin hər ikisinə də verəcəyi məsləhətlər olacaq.

  8. Salam doktor.
    Mene spastik eroziv kolit diaqnozu qoyulub.
    Mualice aliram.
    Bagirsagimda spazm olur,hekim yazdigi spazmolitikler komek etmir.
    Birde mene jekim qeyd etdiki mende fibromialqiya var.Ezelelerin helebil yanir ve agrayir.
    Deyildiyine gore bagirsagima gore antidepressant lazimdi.
    Bilmek isteyirdim bele hallarda antidepressantin icmeyi komek edir bagirsag spazmalarina?

    1. Salam, irritabl bağırsaq sindromu həm qastroenteroloq həkim həm də psixiatr tərəfindən müalicə olunur, fibromiyalgiya xəstəliyi də həm fizioterapevt həkim və psixiatr tərəfindən müalicə olunur, hər iki halda da psixiatra müayinə olunmağınız lazımdır, ehtiyac olarsa antidepresant və ya başqa bir müalicə yazılar

Aytekin üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir