Ən çox soruşulan suallar

Pasiyentləri ən çox maraqlandıran və narahat edən məqamlar

Psixoloq, psixiatr, psixoterapevt arasındakı fərq nədir?
  • Psixiatr kimdir?

6 il tibb universiteti və ya tibb fakültəsində təhsil aldıqdan sonra Azərbaycanda 2 il, inkişaf etmiş ölkələrdə 4 və ya 6 il Psixiatriya üzrə əlavə təhsil alaraq psixiatr ixtisasına yiyələnilir. Psixi və sosial faktorları nəzərə alaraq, müalicə planını fərdin ehtiyacına görə təyin edir, həmçinin dərmanla müalicəni həyata keçirir.

  • Psixoloq kimdir?

4 il Psixologiya fakültəsində təhsil aldıqdan sonra psixoloq ixtisası alınır.

  • Klinik psixoloq kimdir?

Psixologiya ixtisasından məzun olanlar 2 illik Klinik Psixologiya üzrə magistr təhsilindən sonra və ya müvafiq şəkildə yenidənhazırlanma şərti ilə başqa ixtisasa malik olanlar həm Klinik Psixologiya magistr (2 il), həm də doktorantura (4 il) təhsillərini başa vuraraq klinik psixoloq ixtisasına yiyələnirlər. Klinik psixoloq psixi xəstəlikləri olan insanlarla psixoloji məşğələlər və ixtisaslaşdığı sahədə psixiatr təyinatı ilə neyropsixoloji qiymətləndirməni həyata keçirir.

  • Psixoterapevt kimdir?

Psixoterapiya (söhbət ilə müalicə) üzrə ixtisas təhsili almış psixiatr, psixoloq və ya müvafiq
şəkildə yenidənhazırlanma şərti ilə başqa ixtisasa malik olan biri psixoterapevt ola bilər.  Psixoterapevt ixtisaslaşdığı sahə üzrə fərdi və ya qrup şəklində psixoterapiya (söhbət ilə müalicə) ilə məşğul olur.

Antidepressant dərmanlar asılılıq əmələ gətirirmi?

Xeyr, antidepressant dərmanlar asılılıq əmələ gətirməz. Bu mövzu ilə bağlı saytımızın bir yazısında geniş yer ayırmışıq. Həmin paylaşımı bu keçidə daxil olaraq oxuya bilərsiniz: Antidepressant dərmanlar asılılıq əmələ gətirməz

"Psixiatr dəliləri, nevropatoloqlar isə nevrozları müalicə edir." - Bu fikir doğrudurmu?

Psixiatr bütün növ psixiatrik xəstəlikləri müalicə edir. Bu xəstəliklərin siyahısı səhifənin giriş hissəsində verilmişdir. Eyni zamanda bu xəstəliklərə nevroz adı altında olan bütün xəstəliklər aiddir. Xatırladım ki, nevroz psixi problemdir.

Əlavə suallarınız varmı?

Aşağıdakı formdan suallarınızı Dr. Fuad Bəşirova ünvanlaya bilərsiniz. Suallar cavablandıqdan sonra saytda paylaşılmaqdadır. Suallara verilən cavablarla bağlı email ünvanınıza bildiriş göndəriləcəkdir.

Suallar təsdiqləndikdən sonra saytda paylaşılmaqdır.
Bu yazıya ərh yazılıb
  1. Salam həkim. Mən ailəmə qarşı çox kinliyəm usaglig travmalarım var çox onları görmək istəmirəm tez əsəbləşirəm tez özümdən çıxıram bağırıram çağırıram sonra isə onlara səsimi qaldırdğma görə peşman olub oturub ağlayıram hər dəfə istəmədən olur bu yola gedə bilmirəm dalaşrğ ancağ bunun səbəbi nə ola bilər?

    1. Salam, dediklərinizdən anladığım qədəri ilə həm yaşadığınız travmalar mənfi xatrilərinin əziyyəti həm də mövcud halda depressiv hallar keçirirsiz, diaqnozu və həlli yollları üçün psixiatra müayinə olunun.

  2. ILK ONCE BU PLATFORMADA EHTIYACLI INSANLARA ETDIYINIZ YARDIMLARA GORE SIZE MINNETDARAM
    BILDIRMEK ISTEYIREM KI OVLADIMIN SIDDETLI BAS AGRILARI OLDUGU UCUN EPILEPSIYA DIAQNOZU QOYULDU BAKIDA XESTEXANADA ISE PSIXOGEN MENSELIDIR DEDILER PSIXIYATRA MURACIET ELEDIK YUXU EEQ ADI SEKILDE EEQ TEQDIM ELEDIK DOKTORUN SOZUISE BIR DHAKI MUAYINEDE YUXU EEQ TEKRAR OLMASINI ISTEDI BILMEK ISTEYIREM KI PSIXI PROBLEM YASAYAN INSANDA EEQ DE UPROBLEMLER IZLENILIRMI ONCEDEN TESEKKURLER

    1. Salam, təşəkkür edirəm qiymət verdiyiniz üçün. Psixiatrik tutmalar (konversiv tutma) EEG də görsənmir, eyni zamanda, həm Epilepsiya (nevroloji tutma) həm konversiv tutma eyni anda bir xəstədəola bilər, bu cür vəziyyətlərdə çox vaxt nevroloq, psixiatr və psixoloq birgə müalicə təyin edir.

  3. Salam. Mən çox çətin vəziyyətdəyəm. Mən iki il əvvəl yoldaşımdan ayrılmışam. Aramızda heç bir sevgi bağı qalmayıb. Ondan nifrət edərək ayrılmışam. İndi bu yaxınlarda mənə dedilər ki xərçəng xəstəliyinə tutulub vəziyyəti yaxşı deyil . Vəziyyət elədir ki mən hər gün işdə keçmiş yoldaşımla qarşılaşıram və hansısa sağlamlıq problemi olduğunu hiss etmişdim üz gözündən. Hə nə isə. Mən özümü çox pis hiss edirəm ona görə. Çox yazığım gəlir və ona dəstək olmaq istəyirəm bir dost kimi. Amma bunu necə edim bilmirəm. Yaxınlaşıb bir söz deməyə də çəkinirəm ani sərt reaksiyalar verə bilən adamdır pərt olmaq istəmirəm. Bilmirəm ki nə edim. Mənə bir məsləhət verin zəhmət olmasa çox xahiş edirəm

    1. Salam, təbii ki sizin verəcəyiniz cavab sizin xasiyyətinizə eyni zamanda keçmiş yoldaşınızın xasiyyətinə uyğun olmalıdır, belə olanda səmimi olduğunuz anlaşılar. ilk cümlədə dediklərimi nəzərə alaraq üağlınızdan keçən fikri qısa şəkildə soruşa bilərsiz

  4. salam hekim menim basim bogaz cenem keyiyir qolum agriyir sol teref disimi bedenmi sixoram ureyimdede cirpinma olur urey doyuntumu yoxluyanda normaldi ama men sanki ureyimin agzimda doyulduyunu hiss edirem gozumu yumdugda bosluga dusurmus kimi oluram gozumu acdigdada gozim qaralir sanki bularin hamisi eyni anda olur

  5. Salam Həkim.Men artiq 1aydir ki ozume qapanmiwam.Hec kimle unsiyyet qurmaq isdemirem.Hamidan soyumuwam.Hetta ailemlede cox unsiyyet qurmuram.Guclu yuxu pozgunlugum var.Ele olub ki 4 gun erzinde yuxusuz qalmiwam.Men ne ede bilerem?

  6. Salam.son bir hefte 10 gundu özumu cox geribe hiss edirem. İnanin başa salmaqda belə cətinlik cekirem. 31 yasim var ve hec vaxt bele hissler kecirmemisem. Elebil her şeyden soyumusam,hecne gözümde deyil, hecneden zövq ala bilmirem, her şey boş menasiz gelir mənə.Aileliyem 4 ildi. Övladim yoxdu. Birazda bunun stressi var üzerimde. özume bele baxmaga sacimi daramaga hevesim yoxdu.ozumu deyersiz, hecneye yaramayan biri kimi hiss edirem.Bununla beraber titizlik yaranıb evim tertemizdi ama elebilirem daginiqdi, her yer çirkdi tozdu. Xahis edirem mene meslehet verin. Ne edim neyneyimki bu hisslerden uzaglasim. Evvelki kimi olum.

    1. Salam, dediklərinizdən anladığım qədəri ilə depressiyadan əziyyət çəkirsiniz, psixiatra müayinə olunun, ümid edirəm tezliklə düzələrsiz.

  7. Salam həkim mən cox panik atak xəstəliyindən cox əziyyət cəkirəm mənə nə köməklik edə bilərsiz qorxu həyacan 18 ildi bu xəstəlikdən əziyyət cəkirəm xahiş edirəm mənə nəsə yol göstərin

    1. Salam, 18 illik şikayət mövcuddursa yəqin ki həkimlərdə olmusuz, məsləhətim faydasını ən çox gördüyünüz həkimə müraciət edin və müalicəni davamlı etdirin.

  8. Salam doktor necesiz mende 1hefteye yaxındı qeyri adi bir hal yaşanır gece yataq girerken beynimde menfi fikirler yaranır meselen öz özume beynimde qanımda pis xestelik var ve s yaranır başıma salıram bedenimde hiss ediremki bu proseslere uyur zeifleyir beynimde bu hissi dayandıra bilmrem yuxusuzluq yaradır mende qorxu yaradır bundan qurtulmaqçun ne etmek olar ümümyetle bele şeye ve ya buna ne ad vermek olar? Xaiş edirem mene yardım ederdiz.

    1. Salam, hipoxondriazis adlanan xəstəlik zamanı adama elə gəlir ki nəsə pis bir xəstəliyi var, və ya hansısa pis bir xəstəliyə tutulacaq. Bu düşüncələr hər zaman psixoloji bir xəstəliyin əlaməti deyil, əgər bu fikirlər bizi gecə yatmağa qoymursa, səhər qalxanda daha yorğun qalxarıqsa, insanlar arasnda münasibətdə, işimizdə problemlər yaşamağa başlayarıqsa o zaman xəstəlik halı deməkdir, psixiatra müayinə olunmaq faydalı olar.

        1. Salam, hər hansı bir psixiatrik dərman müayinə sonrası təyin olunar, dozasına da müayinədə qərar verilər, verilən dərmanı yazan həkiminzə təkrar müayinə olunun.

  9. Salam sabahınız xeyir necesiz? Bir neçə sualım olacaq hər birinə cvb versəz çox sevinərəm təzə ailə qurmuşam özümde işləyirəm ailə heyatimda da iş həyatında da mesuliyyetliyem ama son donemler çox aqressiv ve diqqətsiz olmuşam her şey yadımdan çıxır iş həyatımda da işlədiyim sənədlərdə diqqətsizlikdən doğan səhvlər ortaya çıxır hərçənd ki əvvəl bele diqqətsiz unutqan deyildim sanki başımın içinde hava var ve o beynimi sanki boğur başımda ağırlıq hiss edirem

    1. Salam. Hər vaxtınız xeyir. Son zamanlar ortaya çıxdığını dediyiniz şikayətlər yəqin ki bir yorğunluq sindromunun və ya depressiyanın əlamətləri ola bilər. Məsləhətim psixiatra müraciət etməyinizdir. Bu xəstəliklər niyə yaranır, yaranmamağı üçün nələr etmək lazımdır kimi sualları saytdan xəstəliklər haqqında olan məqalə və videolardan məlumatlana bilərsiz.

      1. Salam Dr. Menim 2 yasinda oglum var. Son 1 il erzinde aile daxili prablemler sebebinden cox esebi olmusam usagi vururam sora pesman olub aglayiram. Seher acilanda axsama kimi mene menevi zerer veren insanlarla beynimde savasiram, oz ozumden beynimde nese uydurub baslayiram eseb kecirmeye basim catlayacaq kimi oluram. Mene sakitlesdirici derman meslehet gorun zehmet olmasa

        1. Salam, hamiləlik sonrası bir çox səbəbdən əsəbilik yarana bilər, bu sadaladığınız hallar depressiya xəstəliyinin əlamətlərinə bənzəyir, üzürlü sayın müayinə etmədən dərman məsləhət görə bilmirəm. yaxınlığınızda olan bir psixiatra müayinə oluna bilərsiz.

  10. Salam doktor adamın 20 yaşı var 10 yaşında olanda psixoloji problemi olub belə ki, qorxub gözünə bəzi bəzi şeylər görsənir uzun bir prosedura müalicəsini etdik. İndi həm yuxu pozğunluğu var həmdə valideynlərinə qarşı bir düşmənçiliyi var. İnsan konkret olaraq ata anasını düşmən görür. Həkimə getməyə də heç cür razılıq vermir, yəni əlavədə bir çox problemləri var qalmışıq əlacsız bir durumda xahiş edirəm bizə bir məsləhət verəsiniz

    1. Salam. Psixi problemlərin bir çoxu 20 li yaşlarda ortaya çıxır, xüsusi ilə xronik gedişli olan xəstəliklər. Əgər bariz bir psixiatrik problem görülürsə, özünə və ya ətrafına zərər vermə ehtimalı varsa, xəstə həkimə gəlmək istəmirsə xəstə yaxınlarının həkimlə məsləhətləşməyi lazımdır.

Ədalət üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir